Avtofaydaya geri dön
80% sürücünün səhv cavab verdiyi sual. Yük avtomobili qaydanı pozurmu?
Əslində bu sual çox sadədir. Sadəcə YHQ-dan bir cümləni daim yadımızda saxlamalıyıq.
28 noyabr 2022, bazar ertəsi
Yanacaq daşıyan avtomobil yolayrlıcına yaxınlaşır. Sağa dönəcək olan bu avtomobil qaydaları pozurmu?
1. Xeyr. Bu cür manevr qadağan deyil
2. Minik avtomobilinə yol verərək dönə bilər
3. Dönə bilər və üstünlüyə malikdir
4. Bu cür manevr qadağandır
Bir çox sürücülər burada 2-ci bəndi seçiblər. Lakin burada nə üstnülüyə malikdir, nə də yol verərək əks istiqamətə çıxaraq dönməlidir.
Çünki YHQ -nun 42-ci maddəsinin 7-ci bəndində deyilir:
Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir.
Beləliklə, yük avtomobilinin sürücüsü bu cür manevr etməklə İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmək riskini daşıyır.
Əlaqəli mövzular
Paylaşın
Fikiriniz
0
2
1
0
0
0