Avtofaydaya geri dön
Avtomobilin üzərinə reklam yerləşdirmək istəyirəm. Bunun üçün nə etmək lazımdır?
Bu dəfə avtomobilin üzərinə hər hansı bir reklam və ya yazı yerləşdiriməsi zamanı nə etməli olduğunuzu izah etməyə çalışacağam. İcazə alımaq üçün ərizə forması, müraciətə cavab verilmə müddəti vıə rüsumlar haqqında bu məqalədən öyərənə bilərsiniz.
15 iyul 2022, cümə
Avtomobilin üzərində reklam yerləşdirilməsi “Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI ilə nizamlanır.
İlk olaraq necə bir reklamın yerləşdirilməsinə icazə verilir ona diqqət edək:
minik avtomobillərinin və mikroavtobusların qapılarında və qanadlarının yan səthlərində;
avtobus, trolleybus və tramvayların banında pəncərə xəttinə qədər olan yan səthlərində;
yük, yük-sərnişin, yük-furqon qoşqu və yarımqoşquların banının yan səthlərində;
motosikletlərin yanacaq baklarında və alətlər qutusunun qapağında.
Nəqiyyat vasitəsinin salonunda yerləşdirilən reklam qurğularının iti küncləri, kəsici hissələri və çıxıntılı hissələri olmamalı, sərnişinlərin minib-düşməsinə maneçilik törətməməli, həmçinin həmin qurğular hava axınından, qəfil tormozlanmadan, titrəyişlərdən əmələ gələn təsirlərə davamlı olmalıdır.
Nəqliyyat vasitələrinin damında, ön və arxa hissələrində, dövlət qeydiyyat nişanlarının və fərqlənmə nişanlarının (beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinə münasibətdə) görünməsini məhdudlaşdıran yerlərdə, işıqlanma cihazlarında, ban şüşələrində, habelə istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan xarici işıq cihazlarının reklam məqsədi ilə quraşdırılması qadağandır.
Nəqliyyat vasitələrində işıqlanan tabloların yerləşdirilməsinə, nəqliyyat vasitəsindən istifadə etməklə səsli reklamın yayılmasına icazə verilmir.
Bəs reklam yerləşdirmək üçün nə etmək lazımdır?
Razılıq almaq üçün ərizə
Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
- Hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilati hüquqi forması, hüquqi ünvanı;
- Fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyəti təstiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı, iş yeri);
Ərizəyə aşağıdakılar əlavə edilməlidir:
- Müəssisənin təsis sənədlərinin surəti; - Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; - Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi organları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
- Reklam verənlə bağlanmış və mövcud qanunvericiliyə uyğun sənədləşdirilmiş müqavilənin sürəti (reklam verən reklam yayan kimi çıxış etdikdə və reklam yayılan nəqliyyat vasitəsinin mülkiyyətçisi olduqda müqavilə tələb olunmur);
- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və surəti;
- Nəqliyyat vasitəsində yerləşdiriləcək reklamın məzmunu, cizgi təsviri və sxemi;
- Nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığı və xarici görkəminin reklam yerləşdirilməsi üçün yaralı olması barədə DYP-nin müayinə aktı;
- Reklamın yerləşdirilməsi planlaşdırılan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları göstərilməklə siyahısı;
Eyni zamanda 15 may 2015-ci il tarixdə qəbul olunmuş «Reklam haqqında» Qanunun 25.5-ci maddəsinin tələbinə görə şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur.
Reklam yerləşdirilməsinə görə DYPİ-də heç bir rüsum ödənilmir. Müraciətə 20 təqvim günü ərzində cavab verilməlidir.
Yuxarıda qeyd edilənlərə uyğun olaraq 30 gün müddətində imtina halı olmadığı təqdirdə nəqliyyat vasitələrində reklamın yayımına icazə verilir.
Sənədlər elektron qaydada və ya birbaşa təqdim edilə bilər.
Mənbə: Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları
Əsaslar: "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun 25-ci maddəsi;
- "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının 2.7-ci bəndi;
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları"nın 4-cü hissəsi.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il18 fevral tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi Normaları".
Əlaqəli mövzular
Paylaşın
Fikiriniz
1
0
0
0
0
0