Avtofaydaya geri dön

Bu qəzada DYP inspektoru da səhv qərar verə bilər.

Bu yolayrıcı çox çətindir. Buradan qəza etmədən çıxmaq həqiqətən bili və bacarıq tələb edir.

Tural Yusifov

798

1 aprel 2022, cümə

Bu qəzada günhakar kimdir?

A) Avtomobil sürücüsü

B) Tramvay

C) Hər ikisi

Qarşımızda tramvay yolları ilə kəsişən nizamlanan yolayrıcıdır. Ona görə YHQ-da məzh bu bölməyə diqqət etmək lazımdır.  Qanunda deyilir ki, sveoforun qadağan edici siqnalı sönmüş və əlavə seksiyası ilə hərəkət edən nəqliyyat vasitəsi digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq, üstünlüyə malikdir.

Belə çıxır ki, göy rəngli avtomobilin sürücüsü tramvaya yol verməlidir. Çünki situasiyaya görə o, sağa sağ zolaqla dönə bilmir. Onu da qeyd edim ki, bu istiqamətdə tramvay yollarına çıxmaq qanunlaqadağan deyil.

Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. (Maddə 49)

Həmçinin, qanun deyir ki, eyni anda svetofor relsli və relssiz nəqliyyat vasitəlkərinə hərəkət icazəsi verirsə, bu zaman relsli nəqliyyat vasitəsi (tramvay) hərəkət istiqamətindən asılı olmayaraq üstünlük hüququna malikdir. Amma öncədən dediyimiz kimi svetoforun qadağan edici siqnalında  əlavə seksiya ilə hərəkət edən sürücülər digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidirlər.  Avtomobil və tramvaya eyni anda əlavə seksiyada icazə siqnalı yanır. Bu şəraitdə tramvay yol verməlidir. Əgər qəza baş verirsə tramvay sürcüsü günahkar hesab ediləcək.

svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir.

Doğru cavab B bəndidir.

Paylaşın

Fikiriniz

  • 1

  • 0

  • 1

  • 0

  • 0

  • 0

Önə çıxanlar