Avtofaydaya geri dön

Bu vəziyyətdə sola dönmək olarmı?

Krossover sürücüsü yolayrıcına svetoforun yaşıl işığında daxil olub. Tıxac səbəbindən yolayrıcına daxil ola bilmir və sola dönmək qərarına gəlir. Lakin bu zaman svetoforda sarı işıq yanır. O, göstərilən istiqamətdə dönə bilərmi?

Tural Yusifov

199

11 yanvar 2022, çərşənbə axşamı

Bu vəziyyətdə hərəkəti davam etdirmək olarmı?

A) Bəli

B) Təhlükəsizdirsə, edə bilər

C) Qadağandır

YHQ-a əsasən (Maddə 76)

svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır.

Burada hə\mçinin svetoforda sarı işıq yandığına görə,bu manevr cərimədir. Çünki svetoforun yanan sarı işığı hərəkəti qadağan edir. Cərimə İXM 327.2 60 manat cərimə və 3 cərimə balıdır.

 

Paylaşın

Fikiriniz

  • 0

  • 0

  • 0

  • 0

  • 0

  • 0

Önə çıxanlar