Avtofaydaya geri dön

Buradan sola dönmək olarmı? | Bəziləri üçün çox çətin sual

Qoşqulu avtomobil sola həyətə dönmək istəyir. Onunla bərabər digər nəqliyyat vasitəsi də həmin əraziyə dönür. Qoşqulu avtomobil elə dönməlidir ki, qaydaları pozmasın.

Tural Yusifov

1490

21 dekabr 2021, çərşənbə axşamı

Buradan sola dönmək olarmı?

A) Olar

B) Yol verməklə olar

C) Olmaz

İlk olaraq yaşayış zonalarında hərəkətlə bağlı YHQ 45-ci maddəsinə nəzər salaq:

I. Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar.

II. Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır.

III. Sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər.

IV. Bu maddənin tələbləri həyət ərazilərinə də şamil edilir.

Demək, qoşqulu minik avtomobilinə yaşayış zonasına daxil olmaq qadağan deyil. Qarşıdan gələn minik avtomobilinə yol verdikdən sonra bunu edə bilər.

Paylaşın

Fikiriniz

  • 1

  • 0

  • 2

  • 0

  • 0

  • 0

Önə çıxanlar