Avtofaydaya geri dön

Dairəvi hərəkət 90% ölümlərin qarşısını alır. İsveç təcrübəsi.

Adi svetoforun kəsişməsi əvəzinə dairəvi yolayrıcı tikintisi ilə ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 90%-ə qədərinin qarşısını almaq mümkündür. Dairəvi hərəkətdə sürət daha azdır, üzbəüz və perpendikulyar toqquşmalar praktiki olaraq istisna edilir, buna görə də qəzalar onlarda daha az xəsarətlə nəticələnir.

Tural Yusifov

393

3 fevral 2023, cümə

Adi svetoforun kəsişməsi əvəzinə dairəvi yolayrıcı tikintisi ilə ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 90%-ə qədərinin qarşısını almaq mümkündür. Dairəvi hərəkətdə sürət daha azdır, üzbəüz və perpendikulyar toqquşmalar praktiki olaraq istisna edilir, buna görə də qəzalar onlarda daha az xəsarətlə nəticələnir.


İsveçin Vision Zero (“Sıfır xəyalı”) adlı strategiyasının məqsədi yollarda ölüm və ağır xəsarətlərin azaldılmasıdır. 2021-ci ildə İsveçdə Yol nəqliyyat hadisələri zamanı 204 nəfər həlak olub. Müqayisə üçün deyim ki, 2021-ci ildə Azərbaycanda yol nəqliyyat hadisələrində 706 nəfər həlak olub. 

Vision Zero strategiyanın əsas ideyalarından biri odur ki, insanların yolda səhv etmələrinin qarşısını almaq mümkün deyil, lakin onların qarşısını alacaq və ya kompensasiya edəcək infrastruktur yaratmaq mümkündür. Dairəvi yolların tikintisi belə həll yollarından yalnız biridir.
İsveç yol istifadəçiləri üçün dünyanın ən təhlükəsiz ölkələrindən biridir. 2022 -ci ildə isə İsveçdə yollarda 220 nəfər ölüb ki, bu da hər 100 000 nəfərə təxminən iki nəfərdir.

Paylaşın

Fikiriniz

  • 1

  • 1

  • 0

  • 0

  • 0

  • 0

Önə çıxanlar