Avtofaydaya geri dön

Dayanma və durma

Bu gün bizim bir çox sürücülərimiz «dayanma» və «durma»nın fərqlərini ya bilmirlər, ya da özlərini bilməzliyə qoyurlar. Bilsəydilər, şəhərimizdə dayanma və durma ilə bağlı acınacaqlı durum yaranmazdı. Artıq vəziyyət o yerə çatıb ki, DYP onlara qarşı mübarizə aparmaqda çətinlik çəkir. Təxliyyə avtomobillərinin, eləcə də YPX inspektorlarının sayı yetərincə olmadığı üçün hamını qanunun tələblərinə məcbur etmək, cəzalandırmaq mümkün olmur.

Tural Yusifov

72597

2 avqust 2017, çərşənbə

Bu gün bizim bir çox sürücülərimiz «dayanma» və «durma»nın fərqlərini ya bilmirlər, ya da özlərini bilməzliyə qoyurlar. Bilsəydilər, şəhərimizdə dayanma və durma ilə bağlı acınacaqlı durum yaranmazdı. Artıq vəziyyət o yerə çatıb ki, DYP onlara qarşı mübarizə aparmaqda çətinlik çəkir. Təxliyyə avtomobillərinin, eləcə də YPX inspektorlarının sayı yetərincə olmadığı üçün hamını qanunun tələblərinə məcbur etmək, cəzalandırmaq mümkün olmur..

Bu şəhərimizin adi günlərindən biridir. Piyada zolağı həmçinin, yolun hərəkət hissəsi maşınlar tərəfindən zəbt edilir. Avtomobillər səkiyə paralel dayanmaqdansa, sürücülər onları üfüqi vəziyyətdə saxlayırlar. Və bu zaman hərəkətin intensivliyi çox aşağı düşür. Halbuki  yaxınlıqdakı parkinqlərdə avtomobili saxlayıb 100-300 metr məsafəni piyada getmək mümkündür.

Biz «Avtostop» verilişin-də sürücülərimizdən dayanma və durmanın fərqini bir zamanlar soruşmuşduq. Aldığımız cavablar isə çox «maraqlı» idi.

Beləliklə öyrənmək heç zaman gec deyil.

Yol Hərəkəti Haqqında Qanunun 1-ci fəslinin 1-ci maddəsinin 29-cu bəndi nəqliyyat vasitəsinin dayanması haqqındadır.

29) nəqliyyat vasitəsinin dayanması - adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir;Buradan aydınlaşır ki, nəqliyyat vasitəsini sərnişin və ya yük üçün saxladıqda bu dayanma olur.

Lakin siz avtomobilinizi sərnişin və ya yükdən ötrü saxlammasınızsa bu dayanma sayılmayacaq. Bu artıq durmadır. 31-ci bəndə nəzər yetirək:31) nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir; Bu nişanlar yola qoyulduq-da 3.28 nişanı durmanı, 3.27 nişanı isə dayanma və durmanı qadağan edir. Həmçinin, 3.28 nişanında durmaq qadağan olunsa da dayanmaq qadağan deyil. Yəni, bu nişanın təsir dairəsində sərnişin və ya yük olarsa avtomobili dayandırmaq olar. Amma, maşınınızı bu nişanın altında saxlayıb kimi və ya nəyisə gözləyirsinizsə, bu artıq dayanma deyil, durma sayılır. Yol Hərəkəti Haqqında qanun 52-ci maddəsi məhz dayanma və durmaya aiddir.

                            3.27                                                                           3.28

Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində,yol çiyini olmadıqda isə yolun hərəkət hissəsininkənarında cərgədə dayanmasına və durmasına icazə verilir. Yan qoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər.
II. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın.

Buna əsasən deyə bilərik ki, birtərəfli yollarda yolun sağ tərəfində dayanma-durma qadağandır (3.27) nişanı varsa, maşını sol tərəfdə saxlamaq olar.     Həmçinin, sürücülərimiz sarı xətt anlayışını hələ də unutmayıblar. YHQ 52-ci maddəsinə əsasən 3.27 nişanı sarı xətlə bərabər tədbiq edildikdə həmin xətdə saxlamaq olmaz. Amma sarı xətt nişansızdırsa, həmin ərazidə başqa qadağanedici nişan yoxdursa, nəqliyyat vasitəsini saxlaya bilərsiniz.

Daha bir məqama diqqət edək. Səkildə gördüyümüz kimi ikincidərəcəli yolla kəsişmə nişanı və 3.27 və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Buna əsasən deyə bilərik ki, birtərəfli yollarda yolun sağ tərəfində dayanma-durma qadağandır (3.27) nişanı olarsa sol tərəfdə dayanmaq olar.

Həmçinin, sürücülərimiz sarı xətt anlayışını hələ də unutmayıblar. YHQ 52-ci maddəsinə əsasən 3.27 nişanı sarı xətlə bərabər tədbiq olunduqda həmin xətdə saxlamaq olmaz. Amma sarı xətt nişansızdırsa, həmin ərazidə başqa qadağanedici nişan yoxdursa, nəqliyyat vasitəsini saxlaya bilərsiniz.

Daha bir məqam. Şəkildə gördüyümüz kimi ikincidərəcəli yolla kəsişmə nişanı və 3.27 nişanı yanaşı quraşdırılıb. Bu o deməkdir ki, ikincidərəcəli yolla kəsişmə yol nişanından sonra 3.27 nişanı qüvvədən düşür və siz avtomobilinizi durdura bilərsiniz.

Əlaqəli mövzular

Paylaşın

Fikiriniz

  • 3

  • 9

  • 0

  • 2

  • 2

  • 0

Önə çıxanlar