Avtofaydaya geri dön
İcbari sığortada nələr dəyişib? Hesablanma qaydası və zərərlərin ödənilməsi
Bir müddətdər ki, icbari sığorta qaydalarında dəyişiklik edilib. Burada söhbət icbari sığortanın hesablanma qaydası və zərərlərin ödənilməsi ilə bağlı dəyişiklikdən gedir.
25 noyabr 2022, cümə
Əvvəlki qaydalarda sığorta haqqları avtomobilin mühərrik həcmindən asılı idi. Yəni, risk faktoru sadəcə mühərrik həcminə görə ölçülürdü. İndi isə yeni qaydalara əsasən burada bir neçə faktor önəm daşıyacaq.
Baza sığorta haqqı dəyişməz olaraq qalır - 50 manat. Daha sonra isə burada sürücünün. yaşı və təcrübəsinə görə də əmsal hesablanır - 1.35-1.05.
Başqa bir risk faktoru avtomobilin idarə edildiyi ərazi ilə bağlıdır. Daha çox avtomobilin olduğu, sıxlıq olan yerlərdə sığorta riski yüksəkdir. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni, digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər.
Həmçinin, burada qiymətləndirməyə təsir edən amil avtomobilin istehsal ili ilə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ilin aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur.
Növbəti qiymətləndirmə isə nəqliyyat vasitəsini idarə edənlərin sayına bağlı olaraq tətbiq olunan əmsaldır. Əgər nəqliyyat vasitəsini iki və daha artıq şəxs idarə etmək hüququna malikdirsə, o zaman baza sığorta haqqına 1,15 əmsalı tətbiq edilir.
Əlavə olaraq sürücünün sığorta olduğu müddətdə qəza edib-etməməsi də sığorta haqqına əhəmiyyətli dərəcədə təsir edir.
Yəni, sürücülərin bir çoxunun sığorta haqqlarının qalxması ilə bağlı etdiyi narazılıq zamanı hesablanma qaydasına diqqət edilməlidir.
Daha bir dəyişiklik isə zərərlərin birbaşa tənzinlənməsi ilə bağlıdır.
Burada olan dəyişikliklər ondan ibarətdir ki, hadisə zamanı zərərçəkən sürücü zərərin ödənilməsi ilə bağlı öz sığorta şirkətinə də müraciət edə bilər. Lakin bunun üçün bir neçə şərtə diqqət etmək lazımdır.
İlk məsələ hadisə zamanı iki avtomobilin iştirak etməsidir. İkinci vacib məqam hər iki tərəfin qüvvədə olan icbarı sığorta müqaviləsinin olmasıdır (müxtəlif şirkətlər). Diqqət ediləsi məqamlardan biri də budur ki, hadisə zamanı ziyan mütləq avtomobillərə dəyməlidir. Bədən xəsarətləri olduğu zaman adi qaydada prosedur həyata keçiriləcək.
Burada bir neçə məsələni izah etmək lazımdır ki, sürücülər bu məsələni kasko sığorta ilə qarışıq salmasınlar.
1.Hadisə baş verəndə öz sığorta şirkətinə müraciət edən şəxs zərərçəkən olmalıdır.
2. Hadisənin günahkarı icbari sığorta şirkətindən ödəniş tələb edə bilməz.
3. Hər iki tərəfin avtomobili eyni sığorta şirkəti tərəfindən sğortalanıbsa, proses adi qaydada həyata keçiriləcək
4. Kasko sığorta isə könüllü sığorta növüdür. Hadisə zamanı günahkar olub-olmamağınızdan asılı olmayaraq sizə ödəniş edilir.
Əlaqəli mövzular
Paylaşın
Fikiriniz
2
0
0
0
0
0