Avtofaydaya geri dön

Mavi rəngli avtomobil hansı istiqamətdə gedə bilər?

Ilk baxışdan sadə yolayrıcı sayıla bilər. Amma burada kiçik bir nüans var. Bir çox sürücülər burada diqqətsizlik edirlər.

Tural Yusifov

883

21 yanvar 2022, cümə

Mavi rəngli avtomobil hansı istiqamətdə gedə bilər?

A) İstənilən

B) A,B,C

C) B,C,D

D) B və C

E) A və B

F) Yalnız B

Sürücü nizamlanan yolayrıcına yaxınlaşır. Svetoforun əsas seksiyasında yaşıl işıq yanır. Eyni zamanda svetoforun əlavə seksiyasında da icazə siqnalı yanır. Bu o deməkdir ki, bütün istiqamətlərdə hərəkətə icazə var? Xeyr.

Sürücü yolayrıcına bir tərəfli yoldan yaxınlaşır. Buna sübut sağda quraşdırımış "Bir tərəfli hərəkətin sonu yol nişanıdır". Məhz bu nişana fikir verməyənlər daha çox səhv cavab veriblər. Geriyə D trayektoriyası ilə hərəkət ona görə qadağandır. Sürücünün sağa və sola hərəkət də eyni zamanda qadağandır. Çünki qaydalara əsasən sürücü sağa və sola dönməzdən əvvəl müvafiq kənar zolağı seçməlidir. Mavi rəngli avtomobilin sürücüsü olduğu mərkəzi zolaqdan sağa və sola dönə bilməz. O, yalnız B istiqamətində hərəkət edə bilər.

Doğru cavab F variantıdır.

Paylaşın

Fikiriniz

  • 0

  • 1

  • 0

  • 0

  • 0

  • 0

Önə çıxanlar