Avtofaydaya geri dön
Protokoldan şikayət etmək qaydası
Qaydaları pozmadığınız halda sizi günahlandırırlarsa nə etməlisiniz? Əsassız ittihamdan özünüzü necə müdafiə edə bilərsiniz? Bu, hər bir sürücü üçün aktual bir məsələ olduğuna görə indi sizə onlardan bəhs edəcəyəm.
6 avqust 2017, bazar
Qaydaları pozmadığınız halda sizi günahlandırırlarsa nə etməlisiniz? Əsassız ittihamdan özünüzü necə müdafiə edə bilərsiniz? Bu, hər bir sürücü üçün aktual bir məsələ olduğuna görə indi sizə onlardan bəhs edəcəyəm.
İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən vətəndaşın günahı tam sübut oldunduqdan sonra protokol yazılmalı və qərar verilməlidir. Özü də bu zaman izibati xətanın törədilməsi ilə bağlı bütün şübhələr vətəndaşın xeyrinə həll edilir.
Əlbəttə bu, nəzəriyyədir. Praktikada isə hər şey tam fərqlidir. Təsəvvür edin sizi nahaqdan saxlayırlar, deyirlər ki, qaydanı pozmusunuz, ardınca protokol yazırlar və siz etiraz etdikdə bildirirlər ki, şikayətiniz varsa idarəyə söyləyin. Və ya yerindəcə dərhal qərar çıxarırlar ki, gedin, cəriməni ödəyin.
Öz şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, belə vəziyyətlərdə sürücülərin səhvləri sonda onların özünə qarşı yönəlir və bundan sonra uzun bir “başağrısı” başlayır. Bəs əsas səhvlər hansılardır?
İlk növbədə hər kəs bilməlidir ki, birbaşa sübutlar olmadıqda protokolun tərtibindən yan keçmək mümkündü. Gizli patruldan verilən informasiyalar hələ təsdiqiqini tapmayıbsa, protokol yazılmalı deyil.
- Protokol -
Bu, sürücünün günahını sübut edəcək əsas sənəddir. İnspektor həmin sənəddə sürücünün qaydanı pozduğu yeri, vaxtını və növü haqqında qeydləri aparır. Və protokolun digər nüsxəsi imzalanmaq şərtiylə sürücüyə təqdim edilir. İmtina etməyə ehtiyac yoxdur. Sadəcə “Sürücünün izahı” bölməsində çox qısa şəkildə öz münasibətinizi yazın və mövqeyinizi konkret əsaslandırın. Protokoldakı yer fikirləriniz üçün kifayət etmədiyi halda əlavələrinizin olacağını göstərin.
Etirazınızı bildirdiyiniz hissədən aşağıda isə sizin işinizə hansı idarədə, saat neçədə baxılacağı haqqında inspektorun məlumatı qeyd olunmalıdır. Əgər qeyd edilməyibsə iki gün ərzində bu haqda ünvanınıza məlumat gəlməlidir.
-Şahid İfadəsi-
Sizin mövqeyinizi müdafiə edən istənilən şahid araşdırmada dindirilə bilər. Hətta yaxın qohumlar və dostlar belə. Düzdür, sonradan onların ifadələri şübhə altına alına bilər, lakin sizə qarşı əsassız ittiham varsa, həmin ifadələrin şübhə altına düşməsi mümkün deyil. Şahidlər hadisə yerində və ya daha sonra, DYPİ-də öz izahatlarını verə bilərlər. Əsas məsələ şahid məlumatlarının ya protokolda, ya da sizin izahatınızda qeyd olunmasıdır.
-Foto və ya video-yazı-
İnzibati Xətalar Məcəlləsi foto və video-görüntülər inzibati xəta haqqında sənədlər siyahısına aid edilir. Bu sənədlərin istifadəsi haqqında heç bir qadağa yoxdur. Əsas odur ki, bu foto və video-görüntülərdə baş verən hadisə aydın şəkildə göstərilsin. Unutmayın, bütün bunların işə əlavə olunmasını istəyirsinizsə, bu barədə mütləq ərizə ilə müraciət etməlisiniz. Fotonu çap və ya elektron daşıyıcıda, video-görünütünü isə istənilən elektron daşıyıcıda təqdim edə bilərsiniz.
Videoqeydiyyatçı belə hadisələrdə sizin ən etibarlı şahidinizdir. Bu cihazı aldığınız zaman simiclik etməyin.Sonra peşman olarsınız.
-Qayda pozuntusunun sxemi-
İnspektorlar hərdən “yaradacılığa” meyilli olurlar. Qayda pozuntusunun sxemini (bu, qəza sxemi ilə qarışdırılmamalıdır) çəkirlər və hətta bunu işə əlavə edirlər. Lakin bu sxem sübut sayılmır və qaydalarda göstərilməyib. Ona görə, ilk işiniz bu sxemin işdən çıxarılması olmalıdır. Özü də aqressiyasız. Çünki sübutlarınızı emosional deyil yalnız qanunauyğun şəkildə təqdim və tələb etsəniz özünüzü əssasız protokollardan qoruya bilərsiniz.
Əlaqəli mövzular
Paylaşın
Fikiriniz
4
8
4
0
1
1