Avtofaydaya geri dön

Sizi müflis edəcək 7 qayda pozuntusu

Hər birimiz avtomobil idarə edərkən irili-xırdalı yol hərəkəti qaydalarını pozuruq. Amma elə qayda pozuntuları var ki, onu etdikdə müflisləşə bilərik. Gəlin bu qayda pozuntularına diqqət edək.

Tural Yusifov

606

13 sentyabr 2022, çərşənbə axşamı

Bizim cibimizə ziyan vuracaq qayda pozuntularından birincisi sürət həddinin aşılmasıdır. Sözün düzü bir yerə qədər məbləğ böyük görünməsə də sürət artıqca cərimə məbləği də artmağa başlayır.

10-20 km sürət hədinin aşılması cəmi 10 manat cərimədir.

21-40 km sürət həddinin aşılması 50 manat cərimə və 2 cərimə balı ilə nəticələnir

41-60 km sürət həddinin aşılmasında isə cərimə iki dəfə artır. 150 manat cərimə və 3 cərimə balı.

61 km sürət həddinin aşılması 250 manat cərimə və 4 cərimə balıdır.

Üstəgəl, hərəkət sürətinin 60 kmdən çox aşılması həm də avtoxuliqanlıqda da önəm daşıyır.

Avtoxuliqanlığa görə isə sizi o qədər də aşağı məbləğ gözləmir. Bu məbləğ hətta kimlərinsə əmək haqqına bərabərdir.

Nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək

və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs sizin yolunuzu gözləyir.

Əgər siz bunu təkrarən törədərsinizsə, o zaman

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək

və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbslə nəticələnəcək bir həyatınız olacaq.

Bundan öncə dediyim kimi hərəkət sürətini 60 km aşmaqla 2 və daha artıq avtomobillə yarış keçirərtsinizsə, bu zaman sizi

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək

və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs gözləyir.

Növbəti sizi müflis edəcək qayda pozuntusu isə sərxoş. halda sükan arxasına keçməkdir.

Burada sizi

dörd yüz manat

və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma gözləyir. eyni hərəkəti 1 il ərzində təkrarən törədərsinizsə,nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirvvə ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

Sərxoş halda sükan arxasına keçib qəza törətmisinizsə, bu zaman

nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir

və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur

Sizin sürücülük vəsiqəniz yoxdur və sərxoş halda sükna arxasına əyləşmisinizsə, bəxtiniz gətirib qəza etmədən polis sizi saxlayıbsa, bir aylıq əmək haqqı miqdarından imtina edə bilərsiniz.

beş yüz manat

və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur

Vəsiqəsiz və sərxoş halda avtomobil idarə edib qəza törətdikdə isə

səkkiz yüz manat

və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur

Tutaq ki, dostunuz sizin avtomobili idarə etmək üçün istəyir. Bu zaman onun sürücülük vəsiqəsi belə yoxdur üstəgəl sərxoşdur. Cərimə sizin üçün az olmayacaq

Fiziki şəxslər - iki yüz manat Vəzifəli şəxslər - dörd yüz manat Hüquqi şəxslər - dörd min manat

Bəzi avtomobil sahibləri nəyəsə görə avtomobilinin səsinin yuxarı çıxmağını arzulayırlar. Bunun üçün süni qurğuıardan və mühərrikə müdaxilədən belə çəkinmirlər. Bilin ki, bunun da cəriməsi heç də az deyil.

Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi 500 manat cərimə ilə nəticələnə bilər. 1 il ərzində bunu təkrarən törətsəniz bu dəfə cərimə 1000 manat olacaq.

Avtomobilinizə əlavə səs siqnalı qoysanız və ya nömrəniz düşməsin deyə üstünü bağlasanız, avtomobilinizi operativ nəqliyyat vasitəsinə bənzətsəniz (məsələn DYP) bu zaman cəriməniz 500-800 manat arası olacaq.

Bu arada sərxoşluqdan müayinədən imtina da cərimədir- 400 manat

Çörək qazanırıq deyib zədəli avtomobili icazəsiz təmirə alan ustalar da yuxarı miqdarda cərimələnə bilərlər. İXM-nin 345-ci maddəsi sizin üçün nəzərdə tutulub. 250 manat cərimə məncə büdcənizə kifayət qədər ziyan olacaq.

Qaydaları pozmayın ki, pulunuzu lazım olan yerlərə xərcləyə biləsiniz.

Paylaşın

Fikiriniz

  • 0

  • 0

  • 0

  • 0

  • 0

  • 0

Önə çıxanlar