Avtofaydaya geri dön

Sürücülük vəsiqələrimiz qüvvədə deyil | Çox sadə səbəblər

Azərbaycan yol hərəkəti haqqında Vyana konvensiyasını qəbul edib. Və bu konvensiyaya uyğun olaraq konvensiya iştirakçıları bir-birilərinin sürücülük vəsiqələrini qəbul edirlər. Lakin Azərbaycanın sürücülük vəsiqəsi keçərli sayılmır. Sadə bir səbəbə görə.

Tural Yusifov

57054

3 aprel 2018, çərşənbə axşamı

Azərbaycan Respublikasının sürücülük vəsiqəsi

Halhazırda bizdə vəsiqə bu nümunədə olduğu kimidir. Lakin bu nümunə 29 mart 2011-ci ildən qüvvədə deyil. Yalnız 29 mart 2011-ci ilə qədər verilən vəsiqələr bitmə vaxtına qədər qüvvədə olur. 29 mart 2011-ci ildən sonra verilən vəsiqələr yeni nümunədə olmalıdır. Mən marağa Rusiya, Belarus və Qazaxıstan sürücülük vəsiqəsini də bu məqaləyə əlavə edəcəm. Bizim vəsiqəmiz konvensiyanın müddəaları dəyişsə də dəyişməyib.

Yol hərəkəti haqqında Vyana konvensiyasının 41-ci bəndinə 6 saylıə əlavəyə əsasən sürücülük vəsiqəsinin ön hissəsində bəndlər bu cür olmalıdır:

  • 1 soyad
  • 2 Ad (və ya digər adlar)
  • 3 Doğum tarixi və yeri
  • 4 a) Vəsiqənin verilmə tarixi
  • 4 b) Vəsiqənin bitmə tarixi
  • 4 c) Vəsiqə verən orqanın adı və möhürü
  • 5 vəsiqənin nömrəsi
  • 6 Vəsiqə sahibin fotosu
  • 7 Vəsiqə sahibinin imzası
  • 8 Yaşayış yeri
  • 9 Vəsiqə sahibin kateqoriyası və altkateqoriyalar
  • 10 Hər bir kateqoriya üçün ayrıca verilmə tarixi
  • 11, 13, 14 kateqoriyalar üzrə əlavə məlumat, yaşayış yeri dəyişərsə onun üçün əlavə məlumat, yol hərəkəti təhlükəsizliyi ilə bağlı digər məlumatlar
  • 12 Xüsusi qeydlər

Belarus Respublikasının sürücülük vəsiqəsi.

6 saylı əlavəyə əsasən sürücülük vəsiqəsində ad və soyad mütləq latın qrafikası ilə yazılmalıdır. Əgər mənsub ölkəsində latın qrafikası mövcud deyilsə və ya oxunma hərifəri düzgün gəlmirsə, o zaman bu informasiyalar transkript edilməlidir. Məsələn : Əliməmməd Əliyev Əli  - Alimammed Aliyev Ali olaraq mütləq təkrarlanmalıdır.

 

Qazaxıstan Respublikası sürücülük vəsiqəsi.

Göründüyü kimi ətraf respublikalar yeni nümunəli sürücülük vəsiqəsindən istifadə etsələr də, bizdə bu sürücülük vəsiqələri dəyişdrilməyib. Baxmayaraq ki, Vyana konvensiyası bu vəsiqələrin dəyişdirilməsini, həmçinin 6 saylı əlavəyə uyğun aparılmasını məcbur edir. Bax bu sadə bir  səbəbdən Azərbaycan Respublikası sürücülük vəsiqələri xarici ölkələrdə keçərli deyil. 

Beləliklə sürücülük vəsiqənizi dəyişdirilməsi ilə bağlı həm YHQ -nun 34-cü maddəsi, həm də konvensiyaya uyğun olaraq 6 cı əlavəyə uyğun yeni vəsqələr əlavə qüvvəyə mindikdən 5 ildən gec olmayaraq, yəni 29 mart 2016-cı ildən sonra verilən bütün vəsiqələr dəyişdirilməlidir.

Paylaşın

Fikiriniz

  • 0

  • 0

  • 0

  • 0

  • 0

  • 0

Önə çıxanlar