Avtofaydaya geri dön
Texniki baxış zamanı tələb edilən soyuducu paket nədir?
Yəqin ki, bir çoxlarınız texniki baxışdan keçəndə tibb çantasının tərkbi ilə bağlı iki məsələdə texniki baxışdan keçən zaman imtina cavabı almısınız. Və bu sizi çox təəcübləndirib. Bunlatdan biri təlimat kitabçası, digəri isə portativ hipotermik (soyuducu) paket-konteynerdir. Əslində bunların ikisi də asan tapılandır. Sadəcə onları haradan tapmaq lazımdır heç kim izah etmirdi.
11 sentyabr 2022, bazar
İlk olaraq təlimat kitabçasından başlayaq. Saytımızın http://avtostop.tv/senedler linkinə keçid edib tibb çantasının tərkibinin təsvir edildiyi faylı yükləyin.
Faylı sona qədər düşün və təlimatı görəcəksiniz.
Sadəcə tibb çantasının tərkibi faylını tam olaraq çapa verib tibb çantasında saxlayın. Burada həm tərkibdən məlumatınız olacaq, həm də ilkin tibbi yardımı göstərmək üçün təlimat əlinizin altında olacaq.
Bəs portativ hipotermik (soyuducu) paket-konteyner nədir?
Əminəm ki, içi mən daxil hamı bunu axtarıb. Bu cür axtarış verdikdə nə apteklərdə, nə də internetdə tapa bilməyəcəksiniz.
Burada söhbət sadəcə soyuq kompressordan gedir.
Əzilmələrdə,ağrılarda həmin yerə soyuq kompress etmək lazımdır. Bunun üçün kimyəvi soyuducu paketlər varmış.
Paketin içərsində ammiak selitra və ayrıca su olur. Siz bu paketi bir yumruqla əzdikdə su və kimyəvi məhlul qarışır və paket dərhal soyuyur. Bu paket isə çox da bahalı bir şey deyilmiş.
Çox təəsüf ki, axi bir şeyi mürəkkəb adla yazıblar və heç kim bizə bunun nə olduğunu izah etməyib. Əminəm ki, DYP əməkdaşlarının bir çox belə bu nədir sizə izah edə bilməyiblər. Sadəcə "get və gətir" deyiblər.
Siz də gedin alın (5-6 ədəd alın ki, lazım olacaq) və yersiz iradlardan canınız qurtarsın.
Əlaqəli mövzular
Paylaşın
Fikiriniz
0
3
0
0
0
2