Avtofaydaya geri dön

Yol polisi qayda pozuntusunu necə sübut etməlidir?

Bu gün bir çox sürücülərin bizdən soruşduğu bir mövzu var. Yol polisi qayda pozuntusuna görə saxladıqda sübut kimi video və ya foto görüntünü təqdim etməlidirmi? Ümumiyyətlə, bu proses necə getməli və qayda pozuntusu necə sübut edilməlidir. Sürücünün burada hüquqları nədən ibarətdir?

Tural Yusifov

2908

23 noyabr 2022, çərşənbə

İlk olaraq onu bildirmək lazımdır ki, cərimənin tərtib edilməsi, sübutlar və qaydalar "İnzibati xətalar məcəlləsi" və "Yol patrul xidməti haqqında təlimat"-la nizamlanır.

Bir şəxsin saxlanılıb məsuliyyətə cəlb edilməsi üçün səbəb olmalıdır:

7.4. Nəqliyyat vasitələrinin dayandırılması üçün əsaslar aşağıdakılardır:

1) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər DYP əməkdaşından məlumat daxil olduqda;

Göründüyü kimi qayda pozulubsa, inspektor bunu vizual şəkildə aşkar edibsə, sizi saxlaya bilər. Ərazidə kameraların olub-olmaması əhəmiyyət daşımır.

Əgər YPX əməkdaşı piyada xidmət aparırsa:

Piyada xidmət aparan YPX inspektoru nəqliyyat vasitəsinin dayandırılması barədə tələbi fit və jezllə işarə verməklə edir. Patrul avtomobilində, motosikletində hərəkətə nəzarət zamanı nəqliyyat vasitəsinin dayandırılması tələbi xüsusi işıq və səs siqnallarından, səsgücləndiricidən istifadə etməklə yerinə yetirilir. Bu tələb nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə edilməlidir. Yol hərəkətinin tənzimlənməsi zamanı xüsusi səs siqnallarından və səsgücləndiricidən əhalinin rahatlığına və sakitliyə riayət etmək şərti ilə istifadə edilə bilər.

Nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti qaydalarını pozmuşdursa o, qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və YPX inspektoru öz səlahiyyətləri daxilində müvafiq sənədləşmə aparır. YPX inspektoru sürücüyə aşkar etdiyi qayda pozuntusunu qüvvədə olan YHQ-da qanun və buna uyğun olaraq İXM-də nəzərdə tutulmuş cərimə haqqında məlumat verir. YPX inspektoru sürücüyə qayda pozuntusunun olmasını YHQ-nun müddəaları ilə izah etməyə borcludur. Sürücü qayda pozmadığını iddia edirsə, inspektor bu halda onun hüquqlarını da ona izah etməlidir. Bir çox sürücülər sözü gedən qayda pozuntusunun olub-olmamasının sübutu kimi yerində video və ya foto görüntü tələb edirlər.

Halbu ki, qanunda belə bir şey nəzərdə tutulmayıb. Qanunvericilikdə nəzərdə tutulan hal budur:

inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar;

Ona görə inspektordan yerində sübut kimi video tələb edilməsi qanuna uyğun deyildir. Siz tərtib edilmiş protokoldan narazı qaldıqda, bu barədə qeydinizi apara bilərsiniz. DYP inspektoru 1 iş günü ərzində bu haqda məlumatı aidiyyəti üzrə müvafiq DYP orqanına göndərilir. Bu halda inzibati xəta törətmiş şəxsə dərhal və baxılmanın yeri və vaxtı barədə bildiriş verilir. Daha sonra isə işinizə ayrıca baxıldıqda sizə foto və ya video sübutlar təqdim edilə bilər.

7.30. Nəqliyyat vasitəsi dayandırıldığı halda sürücünün sənədləri qaydasındadırsa və o, yol hərəkəti qaydasını pozmamışdırsa YPX inspektoru sənədləşmə aparmadan sürücüyə hərəkətini davam etməyə icazə verir.

Mənbə: Yol Patrul Xidməti haqqında TƏLİMAT

Paylaşın

Fikiriniz

  • 0

  • 2

  • 0

  • 0

  • 0

  • 1

Önə çıxanlar