Avtofaydaya geri dön

Yolda qüsur varsa və sürücüyə ziyan dəyibsə, dəymiş ziyanı tələb etmək olarmı?

Yol hərəkəti haqqında qanunun 36-cı maddəsinin 3-cü bəndində belə bir müddəa var: Yol hərəkəti iştirakçılarının: 1) təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək; 2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunvericiliyi pozduqda, onların hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək; 3) hidrometeorologiya, yol, kommunal və başqa təşkilatlardan yol hərəkət şəraiti haqqında məlumat almaq hüquqları vardır.

Tural Yusifov

1463

25 aprel 2022, bazar ertəsi

Bu gün baş verən bir çox qəzalarda biz, dövlət orqanları sürücüləri, piyadaları qaydalara əməl etməməkdə, diqqətsiz olmaqda ittiham edirik. Təbii ki, burada hər bir yol hərəkət iştirakçısının məsuliyyəti var. Bir şeyi də yaddan çıxartmırıq ki, YHQ-da dövlət orqanlarının üzərinə də məsuliyyət qoyulub. Belə ki, həmin hüquqlardan hər birinin qarşılığında dövlətin (onu təmsil edən orqanın) və yol sahiblərinin konkret vəzifələri mövcuddur. Bu vəzifələrin lazımınca yerinə yetirilməsini tələb etmək, habelə onların yerinə yetirilməməsi və ya yetərincə yetirilməməsi nəticəsində dəyən zərərin əvəzini tələb etmək hüququmuz var.

Qanunda belə bir ifadə işlədilir: təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq

Təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq o o deməkdir ki, hər bir hərəkət iştirakçısı dövlət standartlarına uyğun qaydada tikilmiş və bütün lazımi nizamlanma vasitələri ilə təmin olunmuş yollarda hərəkət etmək hüququna malikdir. Yolda olan bütün səhvlər (dağılmış yerlər, müxtəlif maneələr və s) qısa müddətdə aradan qaldırılmalı, eyni zamanda belə qüsurlar haqqında bu yoldan istigfadə edənlərə nişanlarla xəbərdarlıq edilməlidir.

Yolların texniki vəziyyətinə dair tələblər Nazirlər Kabinetinin 7 fevral saylı 2000-ci il tarixli, 16 saylı Qərarı ilə təsdiqlənmiş "Avtomobil yollarının layihələşdirilməsi,tikintisi,yenidən qurulması və təmiri Qaydaları"nda, nizamlanma vasitələri ilə təchiz edlməsinə dair tələblər isə "Yol nişanları və siqnalları haqqında" Konvensiyada, YHQ-də, "Yol nişanları. Ümumi texniki şərtlər" və "Yol hərəkətinin təşkilinin texniki vasitələri.Tətbiqi qaydaları" adlanan standartlarında da müəyyən edilib.

Yolların həmin normativ aktların tələblərinə, habelə hərəkət təhlükəsizliyinə dair tələblərə uyğun olmaması nəticəsində (uçulmuş, dağılmış, çökmüş, açıq lyüklar, yolda tikinti materiallarının tökülməsi) yol nəqliyyat hadisəsi baş veribsə və maddi, fiziki zərər yaranıbsa, yollşarın tikintisinə, təmirinə, təmizlənməsinə, müvafiq texnii vasitələrlə təchizinə məsul olan qurumlardan zərərin əvəzini ödəməyi tələb etmək hüququ yaranır.

Bunun üçün ilk olaraq baş vermiş hadisənin məhz bu yoldakı yaranmış qüsur nəticəsində baş verməsini müəyyən etmək lazımdır. Daha sonra zərərin əvəzinin ödənilməsi üçün mülki qanunvericilik və istehlakçıların hüquqularının müdafiəsinə dair qanunvericiliyin ümumi müddəaları ilə yanaşı, yol hərəkətini, yolların təhlükəsizliyinə dair tələbləri tənzimləyən qanunvericliyin özünəməxsusluqları da nəzərə alınmaqla mülki iddia qaydasında qaldırıla bilər. Təbii ki, avtomobil kasko qaydasında sığortalandıqda, sığorta şirkəti dəymiş ziyanı qarşılayaraq daha sonra ödədiyi məbləği artıq biz olmadan məhkəmə qaydasında buna cavabdeh olan qurumlardan tələb edə bilər. Amma reallığı qəbul etməliyik ki, bizdə avtomobilini kasko qaydasında sığortalayanların sayı kifayət qədər azdır. Eyni zamanda bu və ya digər hadisələrdə cavabdeh qurumların, şəxslərin  inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də qaldırıla bilər. 

Burada əsas məsələ baş vermiş yol-nəqliyyat hadisəsinin səbəbinə doğru hüquqi qiymət verilməsidir. Çox az hallarda bu cür yol-nəqliyyat hadisələrində yolun nasazlığı və buna görə cavabdeh olan şəxsin  məsuliyyətə cəlb edilməsini görərik.

Buna baxmayaraq əgər bizə yolun nasazlığı ucbatından maddi zərər dəyirsə, mütləq məhkəməyə müraciət edərək dəymiş zərəri tələb etməliyik.

Yollarda ehtiyyatlı olun!

Paylaşın

Fikiriniz

  • 1

  • 5

  • 0

  • 0

  • 0

  • 0

Önə çıxanlar