GERİYƏ
Avtofayda 7771

Avtomobilə "həbs" verilməsi


Bu gün bir çox sürücülər 2 ay ərzində cərimənin ödənilməməsi təqdirində avtomobilin cərimə meydançasına salınması barəsində soruşurlar. Çünki yeni qanunvericiliyə əsasən bu halda avtomobil sahibi nə etməlidir onlar nəzərdə tutulub. İlk olaraq onu qeyd edim ki, öncəki İXM-də 407-ci maddədə yalnız dayanma-durma qaydalarının pozulması halında cərimə meydançasında pulu ödəmək halı nəzərdə tutulmuşdu.

çərşənbə, 09 avqust 2017

Bu gün bir çox sürücülər 2 ay ərzində cərimənin ödənilməməsi təqdirində avtomobilin cərimə meydançasına salınması barəsində soruşurlar. Çünki yeni qanunvericiliyə əsasən bu halda avtomobil sahibi nə etməlidir onlar nəzərdə tutulub.

İlk olaraq onu qeyd edim ki, öncəki İXM-də 407-ci maddədə yalnız dayanma-durma qaydalarının pozulması halında cərimə meydançasında pulu ödəmək halı nəzərdə tutulmuşdu. Yəni əgər cəriməni 2 ay  ərzində ödəməsəydin  avtomobil cərimə meydançasına gedəcəkdi , sən daha sonra banka gedib bu pulu ödədikdən sonra həbs verən orqana çeki təqdim etməliydin, daha sonra həmin orqan sənə "buraxılış vərəqəsi" verməliydi. Bu isə sürücü üçün əlavə problem idi. Məsələn : siz Bakıdan çıxıb rayona gedirsiniz. Yolda postda saxlayıb avtomobili cərimə meydançasına qoyurlar və siz geriyə Bakıya gəlib buraxılış haqqında sənəd almalısınız. İndi isə qanun dəyişdi.

97.3. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun  saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Deməli siz 2 ay ərzində cəriməni ödəmirsiniz. Avtomobilinizə həbs verilib. Avtomobil cərimə meydançasına gətirilisə, siz cəriməni faizləri birlikdə ödəsəniz avtomobil sərbəst buraxılmalıdır. Heç bir "buraxılış vərəqəsi"-nə ehtiyac yoxdur. Bunun nəticəsində əlıavə problemdən azad olursunuz. Düzdür cəriməni vaxtında ödəmək yaxşıdır. Lakin cərimə meydançasında plastik kart və ya internet vasitəsi ilə ödədikdə "get buraxılış vərəqəsi gətir" sizə deyilə bilməz!!! 

Qaydaları pozmayın. Hüququnuzu bilin.