GERİYƏ
Avtofayda 7235

Nasaz işıqlara görə cərimə meydançası?!


Bu gün bir çox YPX inspektoru avtomobilinin işığı xarab olmuş sürücülərə cərimə yazmaqla işini bitirmir, maşını ya cərimə meydançasına aparır, ya da DYP postunda saxlayırlar. Halbuki qanunda belə bir müddəa və ya göstəriş yoxdur! YHQ-un 1 saylı Əlavəsində nəqliyyat vasitələrinin istismarını qadağan edən nasazlıqların siyahısı verilib. Və bu siyahıda heç bir halda «avtomobil cərimə meydançasına getməlidir» göstərişi yoxdur. Bəli, siz də deyə bilərsiniz ki, yoxdur, amma mən deyim ki, İXM-də var. Belə ki, İXM-nin 96-cı maddəsində belə qeyd olunub:

bazar ertəsi, 31 iyul 2017

Bu gün bir çox YPX inspektoru avtomobilinin işığı xarab olmuş sürücülərə cərimə yazmaqla işini bitirmir, maşını ya cərimə meydançasına aparır, ya da DYP postunda saxlayırlar. Halbuki qanunda belə bir müddəa və ya göstəriş yoxdur! YHQ-un 1 saylı Əlavəsində nəqliyyat vasitələrinin istismarını qadağan edən nasazlıqların siyahısı verilib. Və bu siyahıda heç bir halda «avtomobil cərimə meydançasına getməlidir» göstərişi yoxdur. Bəli, siz də deyə bilərsiniz ki, yoxdur, amma mən deyim ki, İXM-də var. Belə ki, İXM-nin 96-cı maddəsində belə qeyd olunub:

96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

Amma, burada hansı yerdə olması qeyd edilməyib. Həmçinin, YHQ 1 saylı Əlavəsində qeyd olunan bütün nasazlıqların siyahısı da  yoxdur. Ümumiyyətlə, qısaca ifadə etsəm 96.1.5 -cı maddə ilə bağlı mübahisə etmək mümkündü.

Tutaq ki, bir avtomobildə normativ pozulmaqla avadanlıq quraşdırılıb və sürücü bu avadanlığı aradan qaldıra bilmir (nəzərə alaq ki, bu cür avadanlıqları adətən «ustalar» quraşdırır) və avtomobil cərimə meydançasına aparılır. YPX inspektoru da adətən bu nasazlığın elə cərimə meydançasındaca aradan qaldırılmasının tələb edir. Bu düzgündürmü? 

Əlbəttə, ilk olaraq bildirək ki, cərimə meydançası təmir məntəqəsi deyil! Və orada hər hansı formada avadanlığın açılması düzgün addım deyil, ən azı təhlükəsizlik baxımından yol veril-məzdir. Ən əsası isə, DYP inspektoru təminat  verə bilməz ki, bu avadanlıq sökülsə, avtomobil düzgün işləyəcək…

Burada cərimə meydançasından deyil, avtomobilin yaxınlıqda olan təmir məntəqəsinə aparıl-masından söhbət gedə bilər. Bu həmçinin nəqliyyat vasitələrinin digər nasazlıqlarına da aiddir. Heç bir halda «sənin dönmə işığın yanmır və avtomobil cərimə meydançasına getməlidir» qərarı tətbiq edilə bilməz! Cərimə meydançasında işıq təmir olunmur və heç bir sürücü də anadangəlmə usta deyil. Əgər nasazlıq aradan qaldırıla bilirsə və avtomobilin hərəkətində heç bir maneə yoxdursa (məsələn, gündüz vaxtı), sürücüyə protokol yazılır və o, hərəkətini davam etdirir. Yox, daha ciddi na-sazlıqdırsa, bu zaman iki nüsxədə akt tərtib olu-naraq həmin maşının istismarına qadağa qoyulur. Bəs bu nə deməkdir?Yəni, avtomobil sürülə bilərsə, o, yaxınlıqdakı təmir məntəqəsinə və ya sürücünün yaşayış yerinə aparılır. Əgər maşının sürülməsi təhlükə-lidirsə (məsələn, əyləc sistemində problem varsa), avtomobil sərt yedəyə alınma və ya təxliyyə avtomobili ilə, yenə təmir məntəqəsinə və ya yaşayış yerinə aparılır. Bu zaman daha bir məqam var. Burada yenə avtomobilin istismarını qadağan edən səbəb mövcuddursa, İXM-ə uyğun cərimə yazılır və iki nüxsədə akt tərtib olunur. Sürücü maşının təmirindən sonra ondakı nasazlığın aradan qaldırılması ilə bağlı arayış təqdim etdikdə avtomobil texniki yoxlanışdan keçirilir. Nəqliyyat vasitəsi saz vəziyyətdədirsə, istismarın qadağası ləğv olunur.Deməli, maşında nasazlıq varsa, ya onun sürücü-sünə cərimə yazılmaqla yerində bu nasazlıq aradan qaldırılır, ya da sürücünün iştirakı ilə iki nüsxədə akt tərtib olunmaqla avtomobil təmir məntəqəsinə (və ya sürücünün yaşadığı yerə) yola salınaraq istismarı qadağan edilir. Heç bir halda avtomobil cərimə meydançasına aparılmır. Əlbəttə, bu zaman belə bir sual yaranır: DYP inspektorları texniki cəhətdən nasaz avto-mobilləri niyə cərimə meydançasına salıb məhz orada nasazlığın aradan qaldırılmasını tələb edirlər?Cavabı tapsanız, mənə də deyin!

İstifadə olunmuş ədəbiyyatlar və qanun: YHQ, YHQ 1 saylı Əlavə, İXM, «Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkə-tinin təmin edilməsinə DYP-nin nəzarət qayda-ları barədə» Təlimat, Ə.H. Hüseynov «YHQ-un Kommentariyası» (Bakı-2014)