GERİYƏ
Avtofayda 7740

Avtomobilin evakuasiya edilməsi


Artıq "İnzibati Xətalar Məcəlləsi" qüvvədədir. Və bu məcəllədə bir çox yeniliklər var. Hər gün mən sizə bir yenilikdən bəhs edəcəm. "Avtostop" jurnalının yeni sayında biz cərimələri cədvəl şəkilində vermişik. Oradan rahatlıqla yükləyə bilərsiniz. Həmçinin saytımızda "İXM"-nin yeni redaktədə tam mətnini yükləyə bilərsiniz.İndi isə keçək əsas məsələyə.

cümə, 01 sentyabr 2017

Artıq "İnzibati Xətalar Məcəlləsi" qüvvədədir. Və bu məcəllədə bir çox yeniliklər var. Hər gün mən sizə bir yenilikdən bəhs edəcəm. "Avtostop" jurnalının yeni sayında biz cərimələri cədvəl şəkilində vermişik.

Oradan rahatlıqla yükləyə bilərsiniz. Həmçinin saytımızda "İXM"-nin yeni redaktədə tam mətnini yükləyə bilərsiniz.

İndi isə keçək əsas məsələyə.

Yeniliklərdən biri evakuatorlarla bağlıdır.  Əvvəllər "YPX" haqqında təlimatda belə bir müddəa var idi. "5.10. Bu təlimatın 5.8-ci bəndində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda və nəqliyyat vasitəsinin qadağan olunmuş yerdən kənarlaşdıra bildikdə nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir" (bax. YPX haqqında təlimat) Amma fakt bursında idi ki, bəzən evakuator heyyəti avtomobili geri qaytarmaqdan imtina edirdi.

Həmçinin yeni qanuna əsasən, hər avtomobil cərimə meydançasına aparıla bilməz.

5.4.1. dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması məqsədilə istifadəsində olan bort-kompüter vasitəsilə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edir;

5.4.2. YPX inspektoru radio-cihaz vasitəsilə qayda pozuntusu barədə növbətçi hissəyə məlumat verir və həmin yerə evakuator çağırır. Evakuatorun tətbiq edilməsi ilə bağlı məlumatlar “Evakuatorla təxliyyə olunan nəqliyyat vasitələrinin qeydiyyatı jurnalı”nda qeydə alınır (Təlimata 12 nömrəli əlavə);

5.4.3. YPX inspektoru “Nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsi”ni (Təlimata 13 nömrəli əlavə) doldurur (avtomobilin banında görünən zədələr və nəqliyyat vasitəsinin sahibinin məlumatlandırılması üçün görülmüş tədbirlər barədə göndəriş vərəqəsində qeydlər etməklə) və evakuatorun heyətinə təqdim edir;

5.4.4. göndəriş vərəqəsinin əsasında evakuatorun heyəti nəqliyyat vasitəsini duracağa aparır.

İndi isə yeni qanunvericiliyə əsasən bu təlimatın 5.10-cu bəndi yerinə yetirilmədikdə evakuatorun heyyətinə (YPX inspektoruna) cərimə yazılır.

Bu öz əksini "İXM"-nin 341-ci maddəsində tapıb.

Maddə 341. Dayanma və ya durma qaydalarını pozmuş şəxsin nəqliyyat vasitəsi barəsində qanunsuz hərəkətlər Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılarkən həmin şəxs nəqliyyat vasitəsinin yanına yaxınlaşdıqda, onun nəqliyyat vasitəsinin qaytarılmamasına görə- iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 251 Qeyd: Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsinin qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb olunmasını istisna etmir.

Beləliklə avtomobil evakuasiya edilən zaman, siz gəlib avtomobilə yaxınlaşsanız bu zaman avtomobil sizə qaytarılmalıdır. Qaytarılmasa həmin şəxslərə 200-300 manat cərimə təyin edilir. Lakin avtomobil sizə qaytarılsa sizə inzibati protokol yazılmalıdır (20 manat).

Qaydaları pozmayın və pulunuz cibinizdə qalsın!