GERİYƏ
Avtofayda 2456

Zəmanətdən imtina: Mif və reallıq


Yeni avtomobil aldığımız zaman zəmanətlə havayı təmirə ümid edirik. Gəlin rəsmi dillerin hansı hallarda zəmanətli təmirdən imtina edə biləcəyinə diqqət edək.

bazar ertəsi, 31 iyul 2017

Zəmanət - istehsalçının (dillerin) istehlakçı qarşısında təqdim etdiyi məhsula görə həm cavabdehliyi deməkdir , həm də yaxşı müştəri yığmaq üçün imkandır. Məhz buna görə ilk baxışdan istehsalçılar özlərinə “sərf etməyən” zəmanətləri reklamlarda elan edirlər. Əsas istifadə edilən nüans zəmanət müddəti haqqındadır. Lakin bunun arxasında bir neçə məsələ gizlənir. Məsələn avtomobil texnologiyaları artdıqca avtomobilin etibarlılığı azalır. Elektron sistemlər, pnevmatik asqılar, sürət qutuları və s. Siz yəqin hər hansı bir şirkətin avtomobillərini geri çağırdığını eşitmisiniz. Ancaq buna baxmayaraq bir çox istehsalçılar hətta 5 illik zəmanət də verirlər. Məsələn : Volkswagen. Görəsən müflis olmaqdan qorxmurlar ? Deyəsən xeyr.

 

Gəlin zəmanətli təmirdən imtina səbəblərinə nəzər salaq.

Servis kitabçasında texniki xidmətin rəsmi dillerdə keçməsi haqqında qeydlərin olmaması.

İndi Azərbaycanda zəmanətli təmirdən imtina səbəblərinən ən geniş yayılmış məhz budur: “Sən texniki yoxlanışı bizdə keçməmisən”.

İş burasındadır ki, avtodillerlər satışdan deyil servisdən qazanırlar. Və servisdə olan qiymətlər onların mənffət əldə etməsi üçündür. Bir çox sürücülər isə artıq pul ödəməmək üçün rəsmi dillerə deyil, bütün avadanlıqları olan lakin aşağı qiynəti olan servislərə müraciət edir. Həmçinin qeyri-dillerin servisinin göstərdiyi eyni texniki xidməti də ucuz qiymətə almaq olur.

Lakin avtomobildə hər hansı bir nasazlıq yaranırsa bu zaman : “Texniki müayinəni bizdə keçməmisən” deyərək sizə təmirdə imtina edə bilərlər. Zəmanət istehsalçı tərəfindən verilir , lakin təmir zavodda mümkün olmadığından , bu təmir dillerin servisində aparılmalıdır. Bu zaman rəsmi servis təmiri həyata keçirib, istehsalçıya hesab təqdim edir. Ona görə biz rəsmi servisə təmir üçün müraciət etməli oluruq. Diller isə sizə narazılıq edir. Çünki texniki müayinə zamanı sən onlara deyil digərlərinə xeyir vermisən.

Bəs dillerlər nəyə əsasən belə edirlər?

“İstehlakçıların hüquqlarının qorusnması haqqında” qanuna əsasən istehsalçı istehlakçı tərəfindən baş verən istismar səhvlərinə cavabdeh deyil. Yəni aldığınız məhsulun saxlanılması, istismarı, daşınması və 3 -cü şəxslərin müdaxiləsi zamanı korlanmasına rəsmi sevis cavabdeh deyil. Məhz qanunun bu hissəsinə dillerlər istinad edərək sizə rəsmi zəmanət təmirindən imtina edirlər. Adətən bu cür ifadə edilir : “Sən Allah bilir harada düzəltdirmisən, ona görə sənin avtomobilin təmir edilmir.”

Lakin rəsmi təmirdən imtina edilməsi üçün səbəb olmalıdır. Yuxarıda göstərilən səbəb isə əslində səbəb deyil. Çünki ekspertiza yolu ilə sübut olunmalıdır ki, avtomobilinizdə olan nasazlıq məhz getdiyiniz “Əhməd servis”də yaranıb. Yoxsa imtina qeyri-qanuni sayılır. Biz axı avtomobilimizin istismar kitabçaslını oxumuruq. Orada da bu yazılıb. Avtomobil rəsmi servisdə və ya istehsalçının tələblərinə uyğun olaraq hər hansı bir servisdə texniki müayinədən keçə bilər. Əsas odur ki, bu servis istehsalçının  texniki tələblərinə riayət etsin.

Avtomobilə kənarda əlavə avadanlığın quraşdırılması.

Bu vəziyyətdə rəsmi dillerlər bu cür yanaşma edirlər. Əgər siz kənarda işıq, siqnalizasiya, monitor quraşdırmısınızsa, qoy yaranmış nasazlığı onlar aradan qaldırsınlar. Səbəb eyni ilə yazının ilk hissəsindəki kimidir. Bu gəlirin itirilməsidir.

Rəsmi servislər adətən aşağı qiymət vermirlər. Və siz seçimi qeyri rəsmi servisdən yana edirisniz. Lakin bu halda da ekspertiza rəyi olmadan imtina səbəbli deyil. Məsələn elektron avadanlığı quraşdıran zaman nəyisə sındırıblarsa , bunun xərci sizlikdir. Amma elektron avadanlıq istehsalçının səhvi ucbatından baş veribsə və bu sizin səs siqnalizasiyasının quraşdırılması ilə əlaqədar deyilsə, bu siqnalizasiyanın haradan quraşdırılmasından asılı olmayaraq pulsuz zəmanətli təmir edilməlidir.

Keyyfiyətsiz yanacaqdan istifadə

Bir çox servislər buna görə zəmanətli təmirdən imtina edirlər. Bu adədətən yanacaq sistemi və mühərriklıə bağlı olan müraciətlərdə olur. Rəsmi servisin cavabı eyni olur. “Bu keyfiyətsiz yanacağın ucbatından olub, təmir edə bilmərik”

Formal olaraq, qanuni baxımdan bu belə də ola bilər. Lakin burda da araşdırma aparılmalıdır. İlk olaraq edə biləcəyiniz iş avtomobilinizin hansı standart yanacaqdan istifadə etdiyi müəyyənləşdirilməlidir. Məsələn : istehsalçı Premium benzin tövsiyə edir , siz isə Ai 92 olaraq istifadə edirisnizsə, baş vermiş nasazlıqda bunu sizə səbəb kimi göstərilməlidir. Edəcəyiniz bir iş var hətta 92 benzin istifadə etsəniz belə, avtomobil rəsmi servisə gedən zaman çəndə olan benzindən nümunə götürülməlidir.. Bu yanacağın bir nümunəsi rəsmi servisdə, digər ekpertizada, digəri də sizdə olmalıdır. Götürülmüş yanacaq hansı qabda saxlanılırsa o qab möhürlənməlir.

Əgər ekspertiza istifadə edilmiş yanacağın normal olduğu qənaətinə gələrsə, o zaman servis pulsuz təmiri həyata keçirməyə borcludur. Lakin keyfiyətsiz yanacaq ucbatından nasazlıq yaranırsa, siz YDM-i məhkəməyə verə bilərsiniz. Bu haqda sonrakı yazımızdan oxuya bilərsiniz.

Avtomobilin düzgün təyinatda istifadə edilməməsi

Bu imtina adətən avtomobilin istismar qaydlarının pozulması ilə baş verir . Məsələn siz öz avtomobilinizlə avtoidman yarışlarında iştirak etmək qərarı vermisiniz. Avtomobilinizə düşən təzyiq normadan artıq olub və avtomobil sınıb. Bu halda heç bir zəmanət köməyinizə çatmayacaq. Axı bu avtomobil bunun üçün təyin edilməyib. Bura həmçinin avtomobilin nəzərdə tutulandan daha çox yüklə idarə edilməsi də aid edilə bilər.