GERİYƏ
Avtofayda 8837

Jalüzə görə cərimə varmı ?


Avtomobildə quiraşdırılmış jalüzə görə cərimə varmı? Bu adətən may və noyabr ayında aktual olan sualdır. Hətta tv və saytlar “plyionka və pərdənin mövsümü bitdi” yazacaqlar savadsızcasına. Lakin diqqət ediləsi məqam budur: “Mövsümdən kənar (bu təzə ifadıdir deyəsən) jalüzə cərimə düşürmü ?” Bir çoxlarını elə bu sual düşündürür. Qanunda qeyd olunan məqamlarla bağlı bir neçə məsələyə toxunmaq istərdim. Gəlin ardıcıllıqla qanunları gözdən keçirək.

şənbə, 29 iyul 2017

Bu barədə 2 il bundan öncə "AvtoStop" jurnalının üz qabığını hazırlamışdıq.  2 il keçsə də heç nə dəyişməyib. Nə qanunda olan boşluq, nə KİV , nə də sürücülər.

İlk olaraq baxacağımız “Yol hərəkəti Haqqında Qanun” 1 saylı əlavəsidir. 1 saylı əlavə belə adlanır : Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların SİYAHISI.

Yəni avtomobilinizdə olan bu nasazlıq sizin avtomobilinizin istismarını qadağan edir. Qısası sürə bilməzsiniz.

Və keçirik VII bəndə : 3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə.

Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. 

Qanuna əsasən avtomobilin şüşəsinə plyonka və pərdə asmağa yol verilmir. Yəni bu vasitələr olduqda sizə cərimə tədbiq edilir, yerində aradan qaldıra bilmirsənsə avtomobilin hətta cərimə meydançasına gedir. Lakin bir məsələni diqqətdə saxlamaq lazımdır. 

AZS 122-2004 : Avtomobilin şüşələri ilə bağlı rəsmi dövlət standartı. İlk olaraq onu qeyd edək ki, AZS 122-2004-də sürücünün görünüş dairəs П şəkilli müəyyən edlilib (bənd 3.2.4). Rəsmi dövlət standartını saytımızdan yükləyə bilərsiniz.

Bizim qanunda sürücünün arxasında qalan şüşələrə jalüz asılmağa icazə var. Qadağa yoxdur və cəriməsi mövcud deyil.

Çünki İXM 342.2.4 maddəsində deyilir : Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə.

İcazə veruilməyən örtük qanunda plyonka və pərdə olaraq müəyyən edilib.

 AZS 122-2004 satadartına son edilmiş dəyişikliyə görə sənaye üsullu jalüzlər (bunu hələ müəyyən etmək lazımdır ki. sənayə dedikdə nəyi nəzərdə tuturlar) yalnız 1 may -15 noyabr tarixində istifadə edilə bilər. Lakin İXM-də bununla bağlı həır hansı bir cərimə movcud deyil. Çünki İXM 342.2.4-ü maddəsi 1 saylı əlavədə nəzərdə tutulmuş plyonka və pərdəni qanundan kənar hesab edir. Qanunda eləcə də yazılıb :  şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə. Yazılsaydı ki,  şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka, eləcə də AZS 122-2004 standartına əsasən mövsümdən kənar ) çəkildikdə. Bu başqa məsələ.

 Lakin bu hələ harasıdır. Guya 1 may 15 noyabrdan kənar jalüz istifadə edilsə nə olacaq ? Noyabrın 20-i taxılan jalüzlə mayın 5-i taxılmış jalüz arasında nə prinsipial və əhəmiyətli fərq var ? Məncə yoxdur. Noyabrın 15-i çox güman saytlar, tv-lər reportajlar hazırlayacaq, ola bilər kiməsə cərimə də yazsınlar. Yazsalar, rahatlıqla İXM 342.2.4 maddəsindən şikayət edə bilərsiniz. 150 manatı çöldən tapmamısınız ki. 150 manat cərimə yalnız plyonka və pərdəyədir. Qanun bunu deyir. 15 noyabrda isə konfliktə girməmək üçün jalüzləri aşağı salın. Mən də cıxardacam. Baxmayaraq ki, AZ 122-2004 satandartı yalnız П şəkilli olaraq şüşələri normallaşdırıb. Bu isə tamam ayrı mövzudur.