GERİYƏ
Avtofayda 8330

Xarici sürücülük vəsiqəsinin dəyişdirilməsi (Qanunla izah)


Bu gün inanılmaz dərəcədə xarici sürücülük vəsiqəsisinin dəyişdirilməsi ilə bağlı çoxlu sayda sual gəldi. Bu sualları bir məqalə ilə cavablandırmaq istərdim.

cümə, 28 iyul 2017

İlk olaraq ondan başalayaq ki, Milli Məclisin 2016 cı il 11 noyabr tarixində qəbul etdiyi Yol Hərəkəti haqqında qanuna dəyişiklik qüvvəyə minməyib. Bir qanunun qüvvəyə minməsi üçün onun ölkə başçısı tərəfindən təsdiqlənməsi lazımdır. Bəs xarici sürücülük vəsiqəsinin dəyişdirilməsinə indi ehtiyac varmı ? Gəli qanuna nəzər salaq :"Yol Hərəkəti Haqqında" Qanunun 34-cü maddəsi :VIII. Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

Bu o deməkdir ki, siz xaricdən aldığınız xarici sürücülük vəsiqəsini vaxtı bitənə qədər ölkə ərazisində istifadə edə bilərsiniz. Sürücülük vəsiqəsini almaq üçün siz artıq xaricdə imtahan vermisiniz. Bəs bu sürücülük vəsiqəsini dəyişmək olarmı ? Əlbəttdə olar. Qanun qüvvəyə minənə qədər , əgər siz artıq xarici vəsiqəni aldığınız ölkəyə getməyəcəksinizsə, rahatlıqla dəyişə bilərsiniz. Bunun üçün də qanuna nəzər salaq :

«Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında» TƏLİMAT

6.11.Respublika ərazisində müvəqqəti yaşayan əcnəbilərin, habelə əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycan Respublikasına köçüb gəlmiş şəxslərin malik olduğu milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsas götürülür.

Belə şəxslərə sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada imtahansız verilir.

Beləliklə qanuna əsasən siz sadəcə sürücülük vəsiqənizi notarial qaydada tərcümə elətdirirsiniz. Qeydiyyatda olduğunuz poliklinikada sağlamlıq haqqında araşyış alırsınız və DYP İmtahan qeydiyyatb şöbəsinə yaxınlaşaraq 25 manat dövlət rüsumu ödəyib Azərbaycan nümunəli sürücülük vəsiqəsinə qovuşursunuz. Bu sürücülük vəsiqəsi üçün imtahan tələb olunmur. Kateqoriya dəyişdikdə imtahan verməli olacaqsınız. Həmçinin xarici sürücülük vəsiqəsini 1 ay ərzində dəyişməsəniz belə, sizə cərimə düşmür. Xarici sürücülük vəsiqəsinin vaxtında dəyişdirilməməsi sürücülük hüququnu qüvvədən salmır.