GERİYƏ
Avtofayda 7599

İşıqlardan düzgün istifadə edilməsi.


Avtomobildə nə zaman və hansı işıqlar yanmalıdır. Bir çoxlarınız bilmirsiniz. Biz sizə bunu qanunla izah edirik ki, sonra yol polisi ilə probleminiz olmasın.

çərşənbə axşamı, 25 iyul 2017

 

Uzaqvuran işıqlar.

Uzaqvuran işıqlar günün qaranlıq vaxtı məhdudiyyəti görünmə şəraitində və tunnellərdə yandırılır. Həmçinin qaydalara əsasən bu halda yaxınvuran işıqlardan da istifadə edə bilərsiniz. Uzaqvuran işığı yaxınvurana bu hallarda çevirirsiniz:

  • Qarşı avtomobillə 150 metr məsafə qaldıqda.
  • Qarşıyoldan gələn sürücü aranızda çox böyük məsafə olmasına baxmayaraq, işığını yandırıb söndürürsə.
  • Qarşıdan gələn sürücünün üzünə düşürsə
  • Yolları işıqlandırılmış yaşayış məntəqlərində
  • Həmçinin ötmə zamanı uzaqvuran işığı yandırıb söndürə bilərsiniz. Bu ötməni asanlaşdırmaq üçün vasitədir.

    Yaxın işıqlar

    Yaxınvuran işıqları uzaqvuranlar kimi günün qaranlıq vaxtında,tunnellərdə və məhdudiyyətli görünmə zamanı istifadə edilir. Gündüz vaxtları təhlükəsizlik üçün yaxın işıqlardan və ya gündüz hərəkət fənərlərindən istifadə edə bilərsiniz.

    Sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, habelə məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən nəqliyyat vasitəsində və avtoqatarda qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər qabarit işıqları nasazdırsa, nəqliyyat vasitəsi yoldan kənara çıxarılmalı, bu mümkün olmadıqda isə o, qəza dayanma nişanı ilə Qanunun tələbinə uyğun işarələnməlidir.

Duman fənərləri

Duman fənərləri məhdudiyyətli görünmə şəraitində istifadə edilir. Onu həm yaxın , həm də uzaq işıqlarla bərabər istifadə etmək mümkündür. Gündüz vaxtları isə ön duman işıqları müstəqil istifadə edilə bilər.  Amma bunu mütləq yadınızda saxlayın və paylaşın ki, arxa duman işıqları mütləq qaydada yalnız məhdudiyyətli görünmə şəraitində istifadə edilir. Məhdudiyyətlin görünmə isə 300 metrdən az məsafənin duman, qar, yağış və bu kimi təbii hadisələr zamanı görünməməsidir. Meşələr, binalar, sönmüş işıqlar buna aid deyil. Aramızda arxa duman işıqlarını STOP işıqlarına qoşanlar da var. Bunu eləmək qəti surətdə qadağandır.

 

Mübahisəli məqamlar

Gəlin indi isə sürücüyə YPX tərəfindən inzibati pozuntu olaraq işıq cihazlıarından səhv istifadə iddiası ola biləcək situasiyalara nəzər salaq.

"İnzibati Xətalar Məcəlləsi"nin 329.3 maddəsinə əsasən bunun cəriməsi 30 manatdır.

  1. Uzaqdan YPX görürsünüz, bu barədə qarşıdan gələnlərə söndürüb yandırmaqla xəbər verirsiniz. Bu qayda pozuntusu deyil.

  2. Gecə vaxtı yaşayış məntəqəsində hərəkət edirsiniz. Yollar işıqlanıb və siz yaxın işıqla getmirsiniz. Bu zaman sizə cərimə yazıla bilər. Lakin yol işıqlandırılmayıbsa o zaman uzaq işıqları yandırmağa icazə verilir.

  3. Gündüz vaxtı gedirsiniz, ön durman fənərləri yanır. Tunelə daxil olursunuz. Yaxınvuran işıqlar yanmır. DYP saxlayır və cərimə yazır. Düz edir. Çünki qanun deyir ki, ön duman fənərləri gündüz vaxtı müstəqil istifadə edilə bilər. Lakin, qanun həmçinin qeyd edir ki, tunellərə girdikdə yaxın və ya uzaqvuran işıqlardan istifadə mütləqdir. Eyni məsələ gündüz hərəkət fənərlərinə də aiddir. Tunellərdə mütləq işıqlardan biri yanmalıdır. Lakin bu nə gündüz hərəkət fənərləri , nə də duman işıqları olmamalıdır.

  4. Qarşıdan hərəkət var, gecə vaxtıdır və siz uzaqvuran işıqlarla gedirsiniz. Qanunla cərimə sizə düzgün yazılıb. Axı qanuna görə sizə işarə verməsələr belə, 150 metr qalmış uzaq işıqlar yaxın işığa keçirilməlidir.

  5. Gündüz vatxı uzaq işıqlarla hərəkət edirsiniz. Bunun cəriməsi yoxdur. Çünki qanun yaşayış məntəqəsində gecə vaxtı, işıqlandırmış yollarda uzaq işıqları qadağan edir.

  6. Şəhərdə yalnız gündüz hərəkət fənərləri (Led,diod) ilə hərəkət etmək qadağandır. Buna görə cərimə edə bilərlər.Şəraitdən asılı olaraq ya yaxın , ya da uzaq işıqlardan istifadə etmək lazımdır.

  7. Əgər avtomobildə işıqlardan biri işləmirsə buna görə cərimə yoxdur. Gecə vaxtı stopları və işıqlarının hamısı işləməyənlər hərəkətdən kənarlaşdırılır. Cərimə yoxdur. İşıqları yanan  lakin biri işləməyən avtomobil hərəkəti davam etdirə bilər. Qanun işığı heç vaxt düzəlməyəcək avtomobilin  sürücüsünü cərimələməyi nəzərdə tutur.

"İXM 342.5 Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə"

Bu situasiyaların hamısı deyil. Əgər fərqli bir situasiya varsa, yazın müzakirə edək.