GERİYƏ
Avtofayda 13705

Asanpay.az saytında elektron kabinet (Şəkilli izah)


Hər gün eyni suallar var. "MMX var,amma sistemdə yoxdur" , "MMX-mı necə ödəyim ?", "Bankda yoxdur, lakin fazi gəlir deyirlər" və s tipli suallarla qarşılaşıram. Asanpay-da qeydiyatla bağlı videoçarx hazırlasam da, şəkilli izaha ehtiyac yarandı. Və buyurun Asanpay.az saytında elektorn kabineti necə yaratmaq olar şəkillərlə izah edirik.

cümə axşamı, 17 avqust 2017

İlk olaraq www.asanpay.az saytına daxil oluruq. Daha sonra yuxarı sağ küncdə "Qeydiyyat" düyməsinə keçirik.

 

Bizim qarşımızda açılan xanada daim işlətdiyimiz mobil nömrəni daxil edib,təhlükəsizlik kodunu qeyd etdikdən sonra "SMS kodunu əldə et" düyməsinə tıklayırıq.

 

Qeyd etdiyimiz telefon nömrəsinə sms kod gələcək. Həmin sms kodu müvafiq xanada qeyd edirik.

Sms kodu daxil etdikdən sonra qeydiyyat səhifəsi açılacaqdır. Həmin səhifədə ilk olaraq istifadə adı seçirsiniz, daha sonra şifrə (şifrə ən azı 6 rəqəmdən ibarət olmalıdır. Və onun tərkibində ən azı bir böyük hərf,kiçik hərf və rəqəmlər olmalıdır. Məsələn : Asan167890 ), şəxsiyyətinizi təstiq edən sənədin fin kodu (fin kod: şəxsiyyət vəsiqəsinin üz səhifəsində olan ,aşağı sətirlərdəki kodun ,son rəqəminin (simvolundan) sola 7 simvol hesab edilir) və işlək elektron poçtunuzu daxil etməklə qeydiyatı bitirə bilərsiniz.

 

Qeydiyyat bitdikdən sonra,qeyd etdiyimiz mail ünvanına təsdiq məktubu gəlir və biz elektron kabinetimizə yönəlirik. Elektron kabinetin müxtəlif funksiyalarından istifadə etməyimiz mümkündür. Beləki, kabinetin "Cərimələrin ödənişi" bölməsinə daxil olmaqla,haqqımızda tərtib edilmiş inzibati protokollarla tanış ola bilərik.

 

 

Bu bölmədə biz,kabinetimizdə olan cərimələr haqqında son 1 ayın çıxarışını əldə edə,ballarımız və ödənməli olan cərimələrimizlə tanış ola bilərik. 

 

Çıxarış bizim nəyimizə lazımdır ? Bəzən olur ki, sizi YPX əməkdaşı saxlayır və ödənilməmiş cərimənizin olması barədə sizə məlumat verir. Və deyir ki, maşın gedir cərimə meydançasına. Siz çıxarışı əldə etməklə,YPX inspektoruna təqdim edib,cərimənizin sistemdə olmadığını bildirə bilərsiniz. Çünki İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə əsasən sistemdə olmayan cəriməni tələb etmək,faiz hesablamaq qadağandır. Bu çıxarış sizə həmçinin avtomobilin qeydiyyatı zamanı lazımdır. Çünki bəzən qeydiyyat zamanı ödənilməmiş cərimə olduğunu deyib qeydiyyatdan imtina edirlər. Bu çıxarış sizə narahatlıq yaradan məmura ən yaxşı cavabdır.

 Elektron kabinetin xüsusi imkanlar bölməsindən isə siz qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanın nömrəsini qeyd etməklə digər avtomobillər üzrə cərimələrlə tanış ola bilərsiniz. Bu sistem və elektron kabinet təmamilə pulsuzdur. Və elektron kabinetinizin olması sizin işlərinizi daha da asanlaşdıracaq. Poçt,bank şəbələrinə hər dəfə getməyə ehtiyac yoxdur.Faydalı oldusa,mütləq paylaş.