GERİYƏ
Avtofayda 14804

Elektron kabinet necə yaradılır? (Şəkilli izah)


Dövlət idarələrinin rəsmi veb səhifələrində elektron qeydiyyat mövzusunu davam etdiririk. Bu dəfə Daxili İşlər Nazirliyinin elektron xidmət səhifəsində elektron kabinet açılmasından danışacayıq. Yenə eyni cür MMX-lar,cərimələr hamısı bir servisdə cəmləşiblər. Və bunun üçün pul ödəməyə ehtiyac yoxdur. Pulsuz qeydiyyat və məlumatlandırma sistemi mövcuddur. 

cümə, 25 avqust 2017

Bundan öncə sizə AsanPay portalında qeydiyyatdan bəsh etmişdik. Asanpay-da qeydiyyatla bağlı buradan oxuya bilərsiniz.

Beləliklə  https://e-xidmet.mia.gov.az saytına daxil oluruq. Daha sonra isə açılmış səhifədə qeydiyyat düyməsinə tıklayırıq.

 

Qarşımıza boş xanalar çıxacaq. Bu xanaların tam və düzgün doldurulması şərtdir. Həmçinin bu xanalarda qeyd olunmuş məlumatların düzgünlüyü, sonradan aş vermiş xəta haqqında vaxtında məlumat almağı təmin etmiş olur.

Qeydiyyatı bitirdikdən sonra artıq elektron kabinetimiz hazırdır Və biz ilk olaraq sürücülük vəsiqəmiz haqqında məlumat əldə etmiş oluruq. Burada qeydiyat tarixindən başlayaraq, balımıza qədər məlumatlar yerləşdirilir.

   Nəqliyyat vasitələri bölümünə daxil olduqda, adımıza olan bütün nəqliyyat vasitələri,onların ban nömrəsi, rəngi,istehsal zamanı və qeydiyyat nişanı haqqında məlumat görürük. Nəqliyyat vasitələrini özümüz də əlavə edə bilərik. Bunu etmək üçün, sahib olduğumuz nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsinin nömrəsi və qeydiyyat nişanımızın nömrəsini qeyd etməyimiz lazımdır.

Elektron kabinetin əsas hissəsi "Protokollar" bölməsidir. Bu bölmədə ödənilməyən, qərarlı,qərarsız inzibati protokollarla tanış ola və şəkillərini görə bilərsiniz. Bu bölmədə bir yenilik və bir qeyri-müəyyənlik var. Yenilik odur ki, sizin cəriməniz sistemdə olarsa və qarşısında "Qərarsız" yazılarsa, sizin bu protokoldan narazılığınız yoxdursa, evinizə məktub gəlmədən "Ödə" düyməsini sıxıb online qaydada cərimənizi ödəyə bilərsiniz. Qeyri-müəyyənlik ondan ibarətdir ki, bəzən elektron kabinetdə olan cərimə asanpay.az saytında görünmür. Bu sırf texniki natamamlıqdır. Çünki 2014-cü ilə qədər alınan sürücülük vəsiqələri və qeydiyyat şəhadətnamələri şəxsiyyət vəsiqələrinin Fin kodları ilə mərkəzləşdirilməyib. Asanpay isə Fin kodla mərkəzləşdirilmiş sənədləri tanıyır. Bu Fin kod nəinki yol hərəkəti,həyatınız bütün məqamlarında sizin informasiyanız deməkdir. 2014-ə qədər alınan sənədlər DYP-də FİN kodla olmadığına görə belə bir çətinlik var. Yəni cəriməni e-xidmətdə görsəniz,amma asanpayda olmasa , bu cəriməni ödəməmək üçün bəhanə deyil. Və ya asnpay.az saytında qeydiyyatınız yoxdur amma e-xidmətdə cəriməniz varsa , bunu sizdən tələb etmək düzgün deyil. Çünki əvvəla elektron kabinetlərin paralel informasiyaya malik olmaması sizin günahınız deyil, ikincisi siz hər iki elektron kabinetdə qeydiyatdan keçmək məcburiyətində deyilsiniz. Həmçinin inzibati xətalar məclləsinə əsasən sizin ünvana məktub gəlmədən qərarı sistemə vura bilməzlər.

Şəxsi məlumatlar bölməsində isə yeni məlumatlarınızı qeyd edə bilərsiniz. Məsələn mobil nömrənizi dəyişmisiniz onu mütləq burada qeyd edin. Çünki sizə cərimə haqqında məlumatlar həmin nömrəyə göndəriləcək. Həmçinin bu mail ünvanına da aiddir. Pulsuz olaraq bu xidmətdən yararlanın, işiniz asan olsun.