GERİYƏ
Avtofayda 3885

Xarici ölkə vətəndaşlarına cərimə yoxdur?!


  Turizm asta templərlə inkişaf edir. Artıq qonşu xarici ğölkələrdən turistlər Azərbaycana gəlir. Onların arasında avtomobillə gələnlər də var. Bəs xarici vətəndaşlara nə zaman cərimə yazılmır ? Xarici vətəndaşın avtomobilində plyonka olarsa, ona cərimə varmı ? Bu məsələyə AvtoStop qanunlarla  aydınlıq gətirir.

bazar ertəsi, 31 iyul 2017

Beləliklə, Rusiya vətəndaşı olan bir sürücü Azərbaycana gəlir. Onun avtomobilinin arxa yan şüşələrində isə plyonka var. Bu zaman onu bizim DYP-nin əməkdaşı saxlayır və ona bu plyonkaya görə irad bildirərək İXM-in 342.2.4 maddəsi ilə cərimə yazır. Bu cərimə YHQ-nun 1 saylı əlavəsinin 7-ci bəndinə uyğun gəlmədiyinə görə yazılır. İlk baxışdan hər şey normaldır. Amma ilk baxışdan. Əslində necədir ?

Bu  avtomobil beynəlxalq yol hərəkətində iştirak edən nəqliyyat vasitəsidir. Çünki «Yol hərəkəti haqqında» Qanunun 1-ci maddəsinin 4-cü bəndində deyilir: 4) beynəlxalq yol hərəkəti bir dövlətin fiziki və ya hüquqi şəxsinə məxsus olan və başqa dövlətin ərazisinə müvəqqəti gətirilərək və orada qeydiyyata alınmayan nəqliyyat vasitəsinin iştirak etdiyi yol hərəkətidir.

Beynəlxalq hərəkətdə olan nəqliyyat vasitələrinin texniki sazlığı isə beynəlxalq konvensiyalarla müəyyənləşdirilir. Bu «Yol hərəkəti haqqında» 1968-ci il Vyana Konvensiyasının 5 saylı Əlavəsində müəyyən edilib. Həmin Əlavənin 1-ci bəndinin son cümləsini olduğu kimi diqqətinizə çatdırıram: «Beynəlxalq hərəkətdə olan bütün nəqliyyat vasitələri ilk dəfə istismara verildiyi anda qeydə alındıqları ölkədə qüvvədə olmuş texniki tələblərə cavab verməlidir».     Deməli, Azərbaycana müvəqqəti, yəni xarici ölkənin dövlət qeydiyyat nişanlarını və qeydiyyat şəhadətnaməsini saxlamaqla 1 ayadək müddətə gələn nəqliyyat vasitəsi «Yol hərəkəti haqqında» 1968-ci il Vyana Konvensiyasının üzvü olan dövlətdən gəlmişdirsə, həmin nəqliyyat vasitəsinə münasibətdə Azərbaycan Respublikasının yol hərəkətinə dair qanunvericiliyinin deyil, daimi qeydiyyatda olduğu həmin xarici dövlətin qanunvericiliyi tətbiq edilməlidir.

O zaman gəlin misalda dediyimiz Rusiya qanun vericiliyinə baxaq:

На верхней части ветрового стекла автомобилей и автобусов могут прикрепляться прозрачные цветные пленки. Разрешается применять тонированные стекла (кроме зеркальных), светопропускание которых соответствует ГОСТу 5727-88. Допускается применять шторки на окнах туристских автобусов, а также жалюзи и шторки на задних стеклах легковых автомобилей при наличии с обеих сторон наружных зеркал заднего вида.

Rusiya YHQ-nun 1 saylı əlavəsi bizimkinə bənzəyir. Daha doğrusu əksinədir. Və onlarda şüşələrin işıqburaxması GOST 5727-88-ə nizamlanır. Ora da nəzər salaq:

2.2.4. Светопропускание стекол, обеспечивающих видимость для водителя, должно быть не менее:

75% - для ветровых стекол;

70% - для стекол, не являющихся ветровыми, входящих в нормативное поле обзора П, определяющее переднюю обзорность (см. черт.1а).

Светoпропускание прочих неветровых стекол не нормируется. 

 

Beləliklə Rusiya GOST-una əsasən nizamlanan işıq buraxılma dərəcəsi yalnız küləyə qarşı olan alın şüşəsinə və П şəkilli olan küləyə qarşı olmayana yan şüşələrə aiddir. Və həmçinin bu GOST-da göstərildiyi kimi sürücüdən arxada olan küləyə qarşı olmayan şüşələrin işıqburaxması qanunla nizamlanmır. Yəni Rusiyada qeydiyyatda olan avtomobillərin arxa yan şüşələrinə plyonkaya icazə var. Başqa sözlə, bizim DYP-nin əməkdaşlarının belə nəqliyyat vasitələrini «Azərbaycan qanunvericiliyinə uyğun təchiz edilməmişdir» deyə mühafizə olunan duracağa aparması, daha sonra onun sürücüsünü cərimələməsi tamamilə qanunsuzdur. Bəli bunun praktikada istifadə edirlər. Amma bu düzgün deyil.

Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Deməli, xaricdən müvəqqəti gətirilmiş avtomobillərin pərdə və plyonka ilə təchiz edilməsi Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq aktlara zidd deyil. Və Vyana Konvensiyasının 5 saylı əlavəsi bizim YHQ 1 saylı əlavədən üstün sayılır.

Həm də onu da qeyd edim ki, xarici ölkələrdə avtomobillərin texniki təchizatına dair tələblər Vyana Konvensiyasının 5 saylı Əlavəsində, bu təchizatın təfərrüatları isə BMT-nin Avropa İqtisadi Komissiyasının qəbul etdiyi qaydalarda müəyyən edilib. Həmin qaydalardan biri – 43 saylı Qaydalar avtomobillərdə sükan arxasında olan sürücünün kürəyindən arxada olan şüşələrin (yəni arxa qapıların şüşələrinin) tündlüyünü normalaşdırmır. Bu Qaydalar dünyanın əksər ölkələri, o cümlədən Rusiya, Qazaxıstan, Ukrayna, Belorus və digərləri tərəfindən milli standart kimi də qəbul edilib. Ona görə də həmin Qaydaları milli standart kimi təsdiqləyən və Vyana Konvensiyasının üzvü olan dövlətlərdən Azərbaycana müvəqqəti gətirilən avtomobillərin arxa yan şüşələrində tünd plyonka və ya istənilən növ pərdə olmasına görə həmin avtomobillərin saxlanılması, onların sürücülərinin cərimələnməsi qanunsuzdur.Bu həmçinin konstitusiyaya da ziddir.

Bir misal deyim: Türkiyə və Gürcüstanda kiçik qayda pozuntularına görə turistləri cərimələmirlər. Çünki turist o cərimədən daha çox oteldə, restoranda və mağazada xərcləyir. Dolayısı ilə ölkə iqtrisadiyyatına xeyir verir. Polis əməkdaşları isə əgər kobud qayda pozuntusu deyilsə onun daha çox pul xərcləməyinə şərait yaradırlar. Hər dəqiqə baxşı xarici nömrəli avtomobilləri saxlamaqla bizim haqqımızda pis rəy yaratmaq nəyə və kimə  lazımdır ?