GERİYƏ
Avtofayda 8416

Diod (LED) işıqlara cərimə varmı ? Diodların quraşdırılma qaydası.


Avtomobil sənayesi daim inkişafdadır. Və bununla paralel işıq sistemləri də inkişaf edir. Adi işıqların yerinə diod işıqlar quraşdırılması bu gün dəbdədir. Bəs qanun bu haqda nə deyir?

bazar günü, 13 avqust 2017

Deməli halhazırda diod faralar bahalı marka və modellərə quraşdırılırlar. Ona görə bir çox avtomobil sahiblərində bu cür diod lampalardan quraşdırmaq hissi yaranır. Və adədtən sürücülər bunu özləri quraşdırmaq istəyirlər. Bu məqalədə müxtəlif situasiyalara uyğun olaraq diod lampalara görə cərimələrin nəzərdə tutulub-tutulmadığı izah edilir. Başlayaq.

Diod işıqlardan istifadə

  Diod işıqlar 3 üsulla quraşdırıla bilər:

  1. Istehsalçı tərəfindən quraşdırılmlış diod işıqlar. Bu zaman sürücünü cərimə gözləmir.

  2. Anoloji olaraq marka və modeldə bu cür faralar nəzərdə tutulubsa o cür faranın alıb quraşdırılması. Bu zaman yenə cərimə yoxdur.

  3. İstehsalçı zavod bu cür işıqların quraşıdırlmasını nəzərdə tutrmayıb.

Gəlin ilk olaraq YHQ 1 saylı əlavədə avtomobilin istismarı qadağan edilən səbəblər siyahısına baxaq.

III. Xarici işıq cihazları

1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda.

Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.

2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda.

3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda.

4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə.

5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda.

6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır.

Beləliklə işıqdiodları avtomobilinizin istehsalçısı tərəfindən nəzərdə tutulmayıbsa və siz onu istifadə edirsinizsə, o zaman sizi ciddi cəzalar gözləyir. Məsələn: dünya praktikasında buna görə sürücülük hüququ məhdudlaşdırılır. Çünki avtomobilin nə işıqyayıcıları,nə də işığın tipi istehsalçı tərəfindən nəzərdə tutulmayıb.

Diod faralar hallogen faraların yerinə

Gəlin başqa bir məqama diqqət edək. faraları təmamçən dəyişək. Bu zaman yenə qanunu pozmuş oluruq. Diod işıqları leqallaşdırmaq üçün isə, bizə bu işqların sertifikatlaşdırılması lazımdır. Bizdə qüvvədə olan ГОСТ Р 41.48-2004 ( AİK BMT N 48) -a əsasən avtomobilə yeni işıqlar quraşdırılırsa onu sertifikatlaşdırmaq lazımdır. Bu zaman sizə cərimə yazılmayacaq. Digər məqam isə eyni model avtomobillərə diodların istehsalçı tərəfindən quraşdırılmasına icazə verilməsidir. İstehsalçı eyni model avtomobilə diod quraşdırıbsa, siz də bunu edə bilərsiniz. Bu zaman yoxlamaya ehtiyac qalmayacaq.

Adi spiral (hallogen)işıqların yayıcıları diod işıqları səhv yaya bilər.Dəyişirsinizsə istehsalçı tərəfindən icazə verilmiş yayıcıdan istifadə edin. Bir istehsalçının eyni modeliində bu diodlar varsa, ona  uyğun quraşdırın. Məsələn: Heç bir İran və ya Rusiya istehsalı olan avtomobildə diodlar nəzərdə tutulmayıb. Bu cür avtomobilə diodlar quraşdırılan zaman bu qanun pozuntusu olacaq. Lakin bu faraları rəsmən sertfikatlaşdırsanız və avtomobili qeydiyyata qoysanız problem yaşanmayacaq.

Və son olaraq onu qeyd edim ki, halogen faranı diod faraya dəyişmək avtomobilin elektronikasında problem yarada bilər. Bu onunla əlaqəlidir ki,hər lampa ayrı bir müqavimətə malikdir. Praktikada təkcə lampanı dətişmək o qədər də yaxşı ideya deyildir. Bu zaman idarəetmə bloku da dəyişməlidir. Mütləq faraları quraşdırdıqdan sonra onu nizamlatdırın. İşıq yayıcılarını ona uyğun quraşdırın. Tıkcə lampa iləı iş bitmir.

Uğurlar.