GERİYƏ
Avtofayda 9375

Sarı işıqda yolu keçmə: Olar ya yox?


Nə üçün bu mövzuya müraciət etdim? Çünki hər gün mənə verilən 1000 suallın bəlkə bir 30-u yolayrııcnda svetoforun rəngləri ilə bağlı olur. Ona gorə məncə qanunu bir daha izah etmək lazımdır. 

bazar ertəsi, 07 avqust 2017

Ümumiyyətlə yolayrıcına çatdıqda onun svetoforla nizamlandığına əmin olmaq lazımdır.Çünki yolayrıcında əgər nizamlayıcı varsa,o svetofordan daha üstün sayılır. Əgər nizamlayıcı yoxdursa, demək svetoforun işıqları önəmlidir.

Bunu da yadınıza salım ki, svetoforun yanın sönən sarı işığı nizamlanmayan yolayrıcı olması ilə bağlı xəbərdarlıq edir. Bu cür sarı işıqda rahatca yol nişanlarına uyğun və ya nişan yoxdursa, sağ qol prinsipi ilə hərəkət edə bilərsiniz. 

"Yol hərəkəti haqqında" qanunun 59-cu maddəsinin 3-cü bəndinə əsasən:

YAŞIL İŞIQ- hərəkətə icazə verir.

YANIB-SÖNƏN YAŞIL İŞIQ - hərəkətə icazə verir və tezliklə qadağanedici işığın yanması haqqında xəbərdarlıq edir. 

SARI İŞIQ - hərəkəti qadağan edir. Düzdür, bir istisna var: Əgər sən yolayrıcına çatanda,svetoforun qadağanedici işığı yanırsa, kəskin tormozlama etməmək və ya yolayrıcında durmamaq üçün hərəkəti davam etdirə bilərsən (YHQ Maddə 60).

QIRMIZI İŞIQ - o cümlədən yanıb-sönən qırmızı işıq belə, hərəkəti qadağan edir.Qırmızı və sarı işığın birlikdə yanması da hərəkəti qadağan edir və tezliklə yaşıl işığın yanacağı barədə xəbərdarlıq edir.

Beləliklə, əgər svetofor işıqların dəyişməsi barədə rəqəmli xronometrlə təchiz edilibsə, biz yolayrıcına nə vaxt çatacağımızı hesablaya bilərik. Həmçinin bir məsələni unutmamaq lazımdır: Qanuna əsasən əgər yolayrıcında tıxac varsa, hətta sizə yaşıl işıq yandıqda belə yolayrıcına daxil olmaq qadağandır. Həmçinin qanuna əsasən sizə yaşıl yansa belə, yolayrıcında hərəkətini bitirməkdə olan sürücülərə və piyadalara yol verməlisiniz. Qazı basıb "yol mənimdir" deyərək keçmək olmaz. Bunun da cəriməsi var.

Əgər yolayrıcında tıxac yoxdursa və siz yolayrıcına çatan anda yaşıl işıq rəngini dəyişirsə, siz stop-xəttə dayanmalısınız. Amma dediyim kimi xilasedici məqamlar da olur. Kəskin tormozlama edəcəksinizsə, yolayrıcında çatanda dayanmaqla yolun ortasında qalacaqsınızsa, hərəkəti davam etdirmək lazımdır. Və həmçinin qanunda dayana bilmək imkanınızın yoxlanması haqqında heç bir kəlmə yoxdur. Məhz ona görə bir çox sürücülər sarı işıqda keçməni norma sayırlar. Bir qism sürücü isə: "dayansaydım arxadan vurardı" bəhanəsi belə gətirirlər. Qanuni baxımdan baxarıqsa, sürücü dayanmaq imkanı olsa belə sarı da keçərsə ona cərimə azılması düzgün olmayacaq. 

Biz burada təhlükəsizlikdən danışırqsa, bunun nəticələri çox ağır ola bilər. Yolayrıcında toqquşmalar çox təhlükəlidir. Adətən belə toqquşmalar insan həyatına baha başa gəlir. Amma bir çox svetoforlar elə nizamlanıb ki, bir tərəfə sarı yananda , digər tərəfə hələ də qırmızı işıq yanır. Bununla da yolayrıcına çatanda qəfil tormozlamasın deyə, sürücüyə 1-2 saniyə vaxt "tanıyırlar". Amma bu "vaxt tanıma" sürücüləri ürəkləndirir və onlar sarı işıqda hərəkəti davam etdirirlər. Daha sonra isə artıq qırmızı işıqda keçənləri də görürük.

Əslində necə keçmək yaxşı olardı. Siz yolayrıcına çatanda hər zaman hərəkətlərinizi hesablayın. Çünki "mən çatdıraram" deyib qazı basdığınız anda, yola piyada çıxa bilər. Və QƏZA!!! Qaza basıb keçdiyinizdə avtomobilinizin  mühərriyinin  gücü çatmaz və sarı işıq qırmızı işığa çevrilər. O biri tərəfə yaşıl yanır və QƏZA!!!

"Yox, çatdıraram" şüarı ilə yola çıxmayın. Svetoforun rəng dəyişməsinin son 3 saniyəsində yolayrıcına girməyin. Yolayrıcına çatanda ayağınızı qazdan çəkin və ehmalca dayanın. Svetoforda itirdiyiniz dəqiqələr sizi daha çox yaşadacaq.