GERİYƏ
Avtofayda 13553

MMX protokol, ödənilməyən cərimə, sürücülük hüququnun məhdudlaşdırılması.


Bir neçə gündür sürücülər cəriməni ödəsələr belə, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı bizə müraciət edirlər. Bu barədə çox danlışsaq da, hesab edirəm ki, mmx protokol, gec ödənilmiş cərimə və sürücülük hüququnun məhdudlaşdırılması ilə baölıə yenə də danışmalıyıq. MMX protokol nə zaman gəlir ? Nə zaman pdənilir? Nə zaman sürücülük hüququnuz məhdudlaşıdırılır?

çərşənbə, 21 fevral 2018

1. MMX protokol necə rəsmiləşdirilir?

Siz qayda pozursunuz və sizin qayda pozuntunuzu avtomatik işləyən, AZS standartına malik, xüsusi ölçü vasitəsi olan radar (MMX- Mərkəzi Məlumat Xidməti) qeydə alır. Sistem bunu qeydə alır və avtomobil texniki passportla mülki sahibinə və ya sonuncu etibarnamə verilmiş şəxsə ilk olaraq SMS məlumatlandırma (ASANPAY vasitəsi ilə pulsuzdur) və ya email vasitəsi ilə məlumat göndərilir (avtomobil qeydiyata qoyulan zaman telefon nömrənizi və email ünvanınızı ona görə qeyd etmək lazımdır.) İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən elektron protokol tərtib edilir və  həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab edilir. Bildiriş kağız daşıyıcıda 2 gün ərzində ünvanınıza göndərilməlidir. Məktubu kağız daşıyıcıda aldıqdan sonra, 10 gün ərzində avtomobili idarə edib etmədiyiniz, qərarla razı olub olmadığınızı mütləq bildirməlisiniz. 10 gün ərzində şikayət verməsəniz qərar qüvvəyə minir. MMX protokol 1 ay ərzində elektron kabinetə qərarlı və ya qərarsız yerlıəşdirilməlidir. Qayda pozuntusu baş verdiyi gündən 1 ay ərzində elektron kabinetə yerləşdirilməzsə daha sonra icra edilmir. 1 il ərzində inzibati protokoldan qərar verilməzsə sürücü məsuliyətə cəlb edilmir.

Elektron kabinetinizin yaradılmasını buradan öyrənə bilərsiniz .

Sistemdə olan bu cəriməyə qərar verilməyib. Cərimə haqqında qərar 17 noyabr 2018-ci ilə qədər verilməsə,  cərimə sistemdən silinməlidir. İzləyicilərimiz arasında bu cür vaxtı keçmiş, qərar protokolları olan sürücülər var. Əslində sistemi bu qərarsız cərimələri avtomatik silməlidir. Lakin silinməmə ehtimalı olduğuna görə bu linkdən ərizə formasını yükləyə bilərsiniz. Vaxtı keçmiş qərarsız cərimələrinizi saytımızdan ərizə forması yükləyərək sildirin.

İXM 125-ci maddəyə əsasən ünvanınıza (etibarnamə əsasında idarə edənlərə də aiddir) mütləq kağız daşıyıcıda məktub gəlməlidir.

125.2.3. inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.

Əgər ünvana məktub gəlməyibsə, cərimə sistemdə yoxdursa onu tələb etmək olmaz. 

125.8. İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.

Əgər məktubu ünvana çatdırmaq mümkün deyilsə (evdə heç kim yoxdur, qeydiyat ünvanı və yaşayış ünvanı fərqlidir, məktubu heç kim qəbul edə bilmir və s.) bu zaman yolda saxlanılaraq sürücüyə bildiriş təqdim edilə bilər. Əgər sürücü 10 gün ərzində şikayət etməsə, o zaman qərar qüvvəyə minmiş olacaq. Bir çoxları yolda inspektor onları saxladıqda MMX protokol üzrə qərar verdiyini düşünür. Bu belə deyil. YPX inspektoru yolda saxlayaraq məktubun çatdırıla bilmədiyi və protokol haqqında bildiriş verir. Bəli, praktikada bu daha çox şifahi olur. Əgər protokoldan 10 gün ərzində şikayət etməsəniz həmin məlumat verilmiş protokol qərarlı olacaq.

2. Cərimənin ödənilməməsi

Cəriməni 1 ay ərzinə ödəməlisiniz. Hissə-hissə ödənilməsi nəzərdə tutulmayıb. 5 gün ərzində ödəsəniz 10% miqdarında cərimə nəzərdə tutulub. 1 ay ərzində ödənilmədikdə , gündəlik ümumi məbləğin 1%-i miqdarında fazi (peniya) hesablanır. 2 ay ərzində cərimə ödənilməzsə, avtomopbil cərimə meydançasına aparılır. 3 ay ərzində ödənilməzsə, sürücülük hüququ məhkəmə tərəfindən 6 aydan 1 ilə qədər məhdudlaşdırılır.

3. Sürücülük hüququnun məhdudlaşdırılması.

3 ay ərzində qanuni əsaslarla cərimə ödənilməsə, İXM-nin 529-cu maddəsinə əsasən sürücüyə protokol tərtib edilir. Əgər sürücü cəriməni ödəməsə və ya ödəməkdən imtina edərsə . . . Adətən necə olur, sürücünü saxlayırlar, o, gedir cəriməni ödəyir və daha sonra ona deyirlər ki, biz işi göndəririk məhkəməyə. Bəs inspektor sən cəriməni ödəyənə qədər 529-cu maddəyə əsasən protokolu tərtib edib məhkəməyə göndərməyə bilərmi ? Təbii ki, bilər. Saxlanılan şəxs haqqında hələ ki, 529-cu maddə ilə protokol tərtib edilməyibsə, vətəndaş cəriməni ödəməkdən imtina etmirsə və faizləri ilə birgə ödəyirsə, protokol yazıb işi məhkəməyə göndərməyin heç bir mənası yoxdur. Cərimə ödənilibsə heç bir problem olmamalıdır. 

 

Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

O halda 529-cu maddə ilə protokol yazılıb məhkəməyə göndərilir ki, adam cərimə ödəməkdən imtina edir. Tutaq ki, vətəndaş cəriməni ödəyənə qədər 529-cu maddə ilə protokol tərtib edilir. Vətəndaş isə cəriməni artıq ödəyib bu zaman əgər protokol hələ də məhkəməyə göndərilməyibsə,  inzibati protokola xitam verilməlidir (Yuxarıdakı maddəni bir daha oxu).

İXM -nin 53-cü və 105-ci maddəsinə əsasən  bu belədir. Yəni iş məhkəməyə getmədən belə, xitam verilə bilər. Xitamı ya məhkəmə hakimi ya da səlahiyyətli (vəzifəli şəxs) verməlidir. 

 

Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi

 

105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

105.2. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir.

Bəs iş əgər artıq məhkəməyə gedibsə və sürücü cəriməni ödədiyi halda məhkəmə yenə də məhdudlaşdırılma haqqında qərar verə bilərmi ? Xeyr. Məhkəmə inzibati xəta tərkibi olmadığına görə, vətəndaş borc öhdəliyini yerinə yetiridiyinə görə, sürücünü məsuliyətdən azad edilməlidir. Bu maddələri bir yerə qeyd edin, məqaləmizi diqqətlə bir daha oxuyun və paylaşın. Cərimələrinizi isə vaxtında ödəyin ki, problem yaşamayasınız.

152.5. Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir.