GERİYƏ
Avtofayda 1493

Cenevrə-2018 avtosərgisinin ən parlaq konsept avtomobilləri.


Hər bir sərgi gələcəyin avtomobilləri zəngin olur. Onların yaradılması zamanı müxtəlif yanaşmalardan istifadə edilir. Burada fantaziya genişdir və hətta aralarında bir neçə aydan sonra istehsal ediləcək avtomobillərə də rast gəlmək mümkündür.

bazar ertəsi, 12 mart 2018

Volkswagen I.D. Vizzion — İ.D elektrocar-larının xəttində sayca dördüncüdür. Almanlar bu avtomobili 2020-ci ildən seriya istehsalına başlamaq istəyirlər. Avtomobilin içərisində idarəetmə üçün heçnə yoxdur. Hətta displeylər belə. Avtomobili idarəetmək üçün xüsusi 3D haloqrammalı eynək taxmaq lazımdır. Avtopilot isə sizi hara lazımdır ora aparacaq.

Volkswagen I.D. Vizzion

Renault EZ-GO — Karşerinqlə əsasında çalışacaq bu avtomobil fransızların təxəyyülünün məhsuludur. Bu avtomobildə heç bir pedal və ya düymə nəzərdə tutulmayıb. Sürücüsüz avtomobillərdə bunlar lazım deyil. Avtomobil icarəyə veriləcək. Sizə avtomobil lazımdırsa, sms yazacaqsınız və avtomobil sizi yoldan götürüb lazım olan yerə aparacaq. Sizdən sonra isə növbəti sifarişçinin ardıyca hərəkət edəcək. Şəsi avtomobil məsələsi artıq Avropa üçün o qədər də önəmli deyil. Əsas A nöqtəsindən B nöqtəsinə çatmaqdır.

Renault EZ-GO

2021-ci ildə britaniyalılar premial subbrend olan elektrocar Lagonda-nı satışa çıxarmaq istəyirlər. Avtomobil necə görünəcək Aston Martin nümayəndələri Cenevrə-2018 avtosərgisində nümayiş etdirdilər. İri yanlara açılan qapılar, döşəmədədə yerləşdirilən akkumlyatorlar, önsərnişin oturacağının arxaya çevrilməsi... Bunlar hələ üzdə olanlardır. 2021-ci ilə qədər Lagondada çox şey dəyişə bilər. Tam elektrik yığmaqla avtomobil 640 km hərəkət edə bilər. Avtomobil yüksək keyfiyyətli keramika və karbondan hazırlanıb. 

Lagonda 

Lagonda

Pininfarina atelyesi Honkonqdan olan Hybrid Kinetic Group-la birgə bir prototip hazırlayıb. 4 elektrik mühərriki birlikdə 800 at gücü hasil edir. Kçik turbogenerator avtomobil hərəkətdə olduğu zaman elektrik yığmaqla mükəlləfdir. Xarakteristikası fantastikdir. Təqribi olaraq tam elektrik yığması zamanı 1000 km-ə qədər hərəkət edə bilər. Saatda 100 km-i 2.9 saniyəyə yığır.

Pinifarina

Hyundai Le Fil Rouge sərginin əsas sürprizlərindən oldu. Modelin adı istiqamət ilməsi kimi tərcümə edilir. Biu avtomobilin bir məqsədi var - dizaynda yeni istiqamət çizmək. Bu dizaynda gələcəyin Hyundai-lərini təsəvvür etmək mümküdür. 

Hyundai Le Fil Rouge

Hyundai Le Fil Rouge

Cenevrədə biz seriuya kupesi BMW 8-ci seriyanı görməyə ümid edirdik. Amma bizə BMW M8 Gran Coupe göstərdilər. Texnki göstəriciləri haqqında bayernlilər susurdular. Yalnız ehtimallar var.  BMW M8  600-620 at gücündən aşağı gücə malik olmayacaq. 

BMW M8 Gran Coupe

Cenevrə-2018 avtosərgisinə həsr edilmiş yeni videomuzu buradan izləyə bilərsiniz.