GERİYƏ
Avtofayda 9629

Sükan arxasında uşaq - Çox dəhşətli məsuliyətsizlik (VİDEO).


Bizim başımıza nə gəlirsə, məsuliyətsizliyimizdən gəlir. Biz çox məsuliyətsiz insanlarıq. Eqoist və özümüzdən başqa heç kimi düşünmürük. Hətta uşağa sükan verib : "Mənim oğlum maşın sürür" deyib özümüz kimi beyni balaca dostlarımızın yanında şeşələnərik. Məsələn bu videodakı kimi.

çərşənbə axşamı, 27 mart 2018

Dəhşətli bir şeydir. Nə qədər məsuliyətsiz olasan ki, sükan arxasına uşaq buraxasan. Hələ üstəlik avtomobildə başqa bir körpə olsun. Belə baxanda avtomobildə 3 körpə var. Sükan arxasında olan, arxada oturan və bu avtomobili verən şəxs. Bu şəxs - atadır, anadır, dayıdır bilmirəm kimdir. Onun düşüncə tərzinin uşaqdan fərqlənmədiyini düşünürəm. Özünə böyük, ağıllı, müdrik, hər şeyi bilən göstərən şəxs sükanı uşağa verir. Buraxan belə adamları hamıya həyat resepti paylayıb yaşamaq öyrətsinlər. Ağıl versinlər, kişilikdən dəm vursunlar. 

 

 

Bu adamlar harada böyüyür ? Harada yetişir və harada tərbiyə alırlar ? Qəza olduğu təqdirdə, "vay,balam, "balam getdi" deməyin nə mənası olacaq ? Bundan sonra bu adama nəyi və kimi etibar etmək olar ? Uşaq nədir, bu adama heç kağız təyyarə etibar etmək olmaz. Hətta deyərdim, bu adam özü üstünə tökmədən yemək yeyirsə, bu  böyük şeydir. Lakin buna da şübhə edirəm.  Dəhşətli bir mənzərədir. İnsan həyatı ilə oynayırsan. Sonra bu tipli uşaqlar son zəng günü avtomobili atalarından oğurlayır və qəzaya səbəb olurlar. Bu adamları valideynlik hüququndan məhrum etmək lazımdır. Bir qəza olduğu təqdirdə bunun altından heç kim qalxa bilməz.