GERİYƏ
Avtofayda 2824

Əks yolda gedən NİVA (VİDEO)


Ya mənə elə gəlir, ya da doğurdan bu NİVA sürənlər hesab edirlər ki, əgər avtomobil LADA-dırsa, demək o tankdır, BTR-dir, nə bilim BMP-dir nədir. Hamı yolu düz gedər, bu videodakı şəxs tərs gedər.

çərşənbə axşamı, 27 mart 2018

Bu sürücünü öləndə tərsinə basdırmaq lazımdır. Yəqin evdə masa arxasında əyləşəndə tərsinə əyləşir. Şalvarı tərsinə geyinir, köynəyini tərsinə bağlayır. Allah uzaq eləsin , görəsən bu adam sevgilisi ilə tərsinə öpüşür ? Bir adama bir tərəfli yolda tərsinə getməyə nə məcbur edə bilər? Harasa tələsirdi ? Axı əks getmək daha narahatdır. Üstəgəl hadisəyə düşsə, tələsdiyi yerə çatmayacaq. Yaxşı, bir insan niyə belə etsin? Səbəb bəllidir - Uşaq vaxtı çox yıxılıb, daim valideynləri onları digər uşaqların yanında alçaldıb və ona görə özlərini qayda pozmamaqla deyil, pozmaqla sübut edirlər. Özlərini mənasız, çürük və heç kimə lazım olmayan "qəhramanlıqla" isbatlayırlar. Və nə hikmətdirsə, bu adamlar polis görəndə dünyanın ən məzlum, ən yazıq sürücü olurlar. Hadisəyə düşəndə isə : Kişinin başına iş gələr - deyib məsuliyətdən yaxanı kənara çəkmək istəyərlər. Bir adam belə məsuliyətsizdirsə, onu mütləq ağıl testinə göndərmək lazımdır. Yeri gəlmişkən xaricdə belədir. Yalnız axmaqlar bir tərəfli sürətli yolda əks hərəkət edə bilər. Siz belə etməyin.