GERİYƏ
Avtofayda 5392

İstiqamətləndirici (təhlükəsizlik) adacığı nə üçün kəsib keçmək olmaz ?


Bir dinləyici AvtoStop radio verilişimizə zəng edərək 1.16.1 -1.16.3 xəttlərinin (təhlükəsizlik adacığının) kəsib keçilməsinə görə cərimə yazıldığını deyərək, səbəbini soruşdur. Çünki qanunda təhlükəsizlik adacığının kəsib keçilməsinin qadağan olunması ilə bağlı müddəa yoxdur. Bəs qanunda nə var ?

çərşənbə axşamı, 15 may 2018

Sürücülər DYP tərəfindən avtomatik işləyən kameralar vasitəsi ilə  1.16.1-1.16.3 xəttlərini kəsib keçdiklərinə görə, İXM 327.1-ci maddəsi ilə cərimələnməyə başlanılıblar.

327.1 - Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi

Gəlin, qaydalar uyğun olaraq bu xəttə görə cərimələnmənin nə qədər doğru olduğunu müəyyən edək.

1.16.1—1.16.3 — nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir;

Qanunda bu adacığın kəsib keçilməsi ilə bağlı heç bir müddəa yoxdur. Biz yalnız istiqamətləndirici adacıqlar görürük. Bu nişanlanmanın xüsusiyyətləri haqqında tədbiq edilən standarta baxmaq lazımdır.

      1.16.1-1.16.3 istiqamətləndirici adacıqları göstərir. :

  • 1.16.1 — Əks istiqamətli hərəkət zamanı istiqamətləndirici adacığı göstərir;

  • 1.16.2 — Eyni istiqamətli yolda istiqamətləndirici adacığı göstərir;

  • 1.16.3 — Avtomobil axının birləşdiyi yeri göstərir (rəsm В.12).

Böyük həcmli adacıqlarda 1.16.1-1.16.3 nişanlanması zamanı, sərhədlərinin bitdiyi yerdə 1.0 m -ə qədər sərhədi uzatmağa icazə verilir(rəsm В.12).  Kiçik həcmli adacıqlarda onun bütün həcminin rənglənməsinə icazə verilir.  1.16.1 nişanlanmasını piyada keçidlərində təhlükəsizlik adacığı kimi nişanlanmasına icazə verilir.  Hərəkət hissəsi ilə adacığın sərhədi arasındakı məsafə 7 metrdən az olmalı deyil.

 

GOST-dan çıxarışa əsasən 1.1 xəttləməsini görə bilərik. Bu zaman qarşımıza digər bir sual çıxır - 1.1 və 1.16.1 xəttlərinin sərhədi haradadır və 1.1 xətti 1.16.1 nişanlanmasının tərkibidirmi ?  Bunun üçün biz 1.1 xəttinin tətbiq edilmə qaydalarına baxmalıyıq.

 

 

YHQ - Maddə 69 - 1) 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir;

Deməli, 1.16.1—1.16.3 nişanlanması yolun hərəkət hissəsini göstərir və onnun sərhədləri 1.1 nişanlanması ilə müəyyən edilir. Nəticə : 1.1 xəttini kəsib keçmək qadağan olunduğu üçün 1.16.1-1.16.3 nişanlanma xəttinin əsasını 1.1 xətti təşkil etdiyinə görə, həmin adacıqları kəsib keçmək qadağandır.