GERİYƏ
Avtofayda 2349

Yolu ilk olaraq kim keçməlidir ?


Rəsmi Dj Turalla AvtoStop facebook səhifəmizdə bir sual vermişəm. Bu sualın cavabını oxumaq istəyənlər yəqin ki, artıq məqalə ilə tanış olurlar. Bu yolayrıcı ilə bağlı mübahisəli sualdır. Bu yolayrıcında üstünlük kimdədir ?

bazar ertəsi, 03 sentyabr 2018

Facebook səhifəmizdəki sual belə idi :

Bu yol ayrıcında yolu ilk olaraq kim keçməlidir ?
 
A) Minik avtomobili. Çünki eyni vaxtda dönən zaman sağdakı avtomobil üstündür.
B) Avtobus üstünlüyə malikdir.
C) Minik avtomobili. Avtobusa sola dönmək qadağandır.
D) Manevri ilk edən üstünlüyə malikdir.
 

Bir çoxları səhvən hesab edir ki, 4 işıqlı, ağ rəngli "T" üslublu svetofor yalnız tramvaylara aiddir. Amma "Yol hərəkəti haqqında" qanunun 59-cu maddəsi  belə düşünmür.

IX. Tramvaylar, habelə digər ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqda hərəkət edən həmin nəqliyyat vasitələrinin hərəkətini nizamlamaq üçün “T” hərfi şəklində yerləşmiş ağ-sarımtıl dörd dairəvi siqnalı olan birrəngli siqnal svetoforları tətbiq edilə bilər.

Ona görə bizim situasiyada avtobus sürücüsü həmin svetoforun əmrlərinə tabe ola bilər. Bu svetofor isə ona sağa və sola dönməyə icazə verir. Minik avtomobilinin sürücüsü isə əlavə seksiyada sağa dönmə edir. Elə həmin 59-cu maddəyə əsasən digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 

Ona görə düzgün cavab B bəndidir. Çünki avtobus üstünlüyə malikdir.