GERİYƏ
Avtofayda 8219

Yol vermək nədir? Nəyə cərimə düşür?


Mən Dj Tural hər həftə sizə mübahisəli qaydaları izah edib doğru istiqaməti göstərəcəm. Bu dəfə biləcəksiniz ki, əslində yol vermək nədir? Səbrli olun, izah edəcəm.

çərşənbə axşamı, 04 sentyabr 2018

Yol vermək anlayışı bizim qanunvericiluyimizdə bu cür izah edilir :

YHQ 1 ci madə 1-ci fəsil - 41) yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir;

Yəni, sizin hərəkətiniz kiməsə maneçilik törətməməlidir. Maneçilik nədir? Bu aydın yazılıb. Sənə görə kimsə mütləq qəfil dayanmalıdır və ya istiqamətini dəyişməlidir. Qəfil nədir? Anidən və ya gözlənilmədən. Yəni, baş verən situasiyada hər şey gözlənilmədən baş verməlidir.

Bəzən olur ki, yolayrıclarında sürücülər birbirinə könüllü surətdə yol verirlər. Amma buna görə də cərimə yazılmasına rast gəlmək olar. Sürücü özü konüllü surətdə dayanıb yol verirsə, bu yol verməmək deyil. Adam özü könüllü surətdə sənə yol verdi. Yəni, ilk keçmək hüququndan imtina edir. Bu qəflətən baş verməyib. Ancaq sən onu dayanmağa və ya istiqamətini dəyişməyə məcbur edirsənsə və bu qəflətən, anidən, gözlənilmədən  baş verirsə qayda pozuntusu hesab edilir. Ona görə diqqətli olun ki, cərimələnməyəsiniz.