GERİYƏ
Avtofayda 2225

Yolayrıcında ötmə olarmı ?


Rəsmi facebook səhifəmizdə verdiyimiz sualların cavablarına saytımızda aydınlıq gətiririk. Bu dəfə də sürücüləri çaşdıran və sürücülüyə namizədlərin səhv etdiyi mövzuya, ötməyə toxunacayıq.

çərşənbə axşamı, 04 sentyabr 2018

İstənilən ötmə riskdir. Özünüz düşünün. Biz qarşımızdakı avtomobili ötdükdə yolayrıcında qarşı yola çıxaraq, qarşıdan gələn avtomobillə toqquşa bilərik. Və hər zaman sona qədər əmin deyilik ki, qarşıdan avtomobil çıxacaq, ya yox. Təhlükəni önləmək üçün qanunda bir çox qadağalar var.

Beləliklə, facebook səhifəmizdə verdiyimiz sual belədir. Qarşınızda asta sürətlə gedən avtomobil var. Bu vəziyyətdə ötməyə icazə varmı?

A) Xeyr. Ötməyə eyni hüquqlu yolayrıcında icazə verilir. Burada isə ikinci dərəcəli yollar da var.

B) Xeyr. Belə təhlükəli yerlərdə 500 metr ötmək qadağandır.

C) Bəli. Qaydalara əsasən nizamlanmaya yol ayrıclarında baş yolda olan sürücü ötmə edə bilər.

 

Gəlin, ilk olaraq YHQ -a  baxaq:

Maddə 51. Ötmə və qarşılıqlı keçmə

I. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki:

1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 

Həmçinin, YHQ 51-ci maddədə nə zaman ötmək qadağandır təsvir edilib. Nizamlanan yolayrıclarında ümumlikdə və nizamlanmayan yol ayrıcında ikinci dərəcəli yolda olan sürücüyə ötmə manevri etmək qadağandır. 

Bu vəziyyətdə biz nizamlanmayan yolayrıcında baş yolla hərəkət edirrik. Bu baxımdan ötmə edə bilərik. Amma bizim qarşımzıda "Təhlükəli döngə" nişanı və əlavə məlumat lövhəciyində "500 m" quraşdırılıb.

Bu nişan deyir ki, qarşıda 500 metr məsafədə təhlükəli döngələr var və ilk döngə sağadır.  Ona görə, sürücü sürəti aşağı salmalı və uyğun hərəkət trayektoriyası seçməldir. Axı 51-ci maddə yolun təhlükəli hissələrində ötməni qadağan edir.

Amma "500 m" əlavə məlumat lövhəsi təhlükəli döngələrin uzunluğunu göstərmir. Bu nişan bizə təhlükəli döngəyə qalan məsafəni göstərir. Bu "obyektə qədər məsafə" əalvə məlumat lövhəsidir. İndiki halda yalnız döngəyə qədər olan məsafəni göstərdiyinə görə, bizə ötməyə icazə var.

Bu tip mübahisəli sualları Facebook səhifəmizdən izləyərək cavablandıra bilərsiniz.