GERİYƏ
Avtofayda 2659

Zolaqların daralması. Burada üstünlük kimdədir?


Facebook səhifəmizdə hər gen mübahisəli və maraqlı sualları yerləşdiririk ki, həm sürücülərə aydın olsun, həm də yenicə sürücülüyə başlayan şəxslər bu cür situasiyalarla qarşılaşanda caşbaş qalmasınar.

çərşənbə, 05 sentyabr 2018

Bakı şəhərində bu cür kəsişmələrə rast gəlmək olar. Onlardan biri Mikayıl Müşfiq küçəsindədir. Nəriman Nərimanovun heykəli istiqamətində hərəkət edərkən, svetofordan sonra yol daralır və sən zolağını dəyişməsən qarşı hərəkət zolağına çıxacaqsan. Bununla bağlı rəsmi Facebook səhifəmizdə sual yerləşdirdik.

Yolayırıcıdır. Bir hərəkət zolağı digərinə nisbətən daralır. Hər iki nəqliyyat vasitəsi svetoforun yaşıl işığında düzünə hərəkət edəcəklər. Əgər göy rəngli avtomobil düz gedəcəksə, bu zaman qarşı hərəkət zolağına çıxacaq. Yolun konfiqurasiyası zolağı dəyişməyə məcbur edir. Bəs bu vəziyyətdə A avtomobili nə etməlidir? 2-ci hərəkət trayektoriyası ilə hərəkət etməli , ya 1-ci ilə? 

 

Sual belədir: Qanuna əsasən A avtomobili hansı trayektoriya ilə hərəkət edə bilər?

A) 1 və ya 2

B) Yalnız 2

C) Yalnız 1

 

Yol nişanlanması hər zolaqda avtomobillərin düzünə gedə biləcəyinə işarə edir. Burada diqqət edilməli məqamlar var. Bir qədər sınmış ox trayektoriyası ilə irəli gedirik, yolayrıcının mərkəzindən digər zolağa yerdəyişmə edə bilərik. Bu vəziyyətdə A avtomobilinə zolaq dəyişdirmək qadağası yoxdur. Başqa sözlə desək, A avtomobili həm 1 , həm də 2-ci hərəkət trayektoriyası ilə hərəkət edə bilər. A avtomobili 2-ci hərəkət trayektoriyasını seçərsə, digər avtomobilə yol verməyə məcburdur. Bu vəziyyətdə B avtomobili öz hərəkət istiqamətində gedir, A avtomobili isəyerdəyişmə edəcək. Qanuna əsasən isə yerdəyişmə edən sürücü eyni istiqamətdə hərəkət edən avtomobillərə yol verməlidir. Doğru cavab A bəndidir.