GERİYƏ
Avtofayda 1499

Burada birinci kim keçəcək?


Sürücülər və sürücülüyə namizədlər arasında çox böyük marağa səbəb olan mübahisəli sualların izahı rubrikamızı davam etdiririk. Bu mübahisəli məsələlərə aydınlıq gətirməklə, sürücülərimizə yardımçı olmuş oluruq.

cümə axşamı, 06 sentyabr 2018

Bu dəfə də facebook səhifəmizdə izləyicilərimə çox maraqlı bir sual vermişik.

Siz sola dönməli olacaqsınız. Yol ayrıcında sizdən sol tərəfdə ayrılmış zolaqda marşrut avtobusu var. O da sizinlə bərabər yolayrıcındadır.

Sual belədir:

Kim birinci keçməlidir: avtobus yoxsa minik avtomobili?

A) Avtobus sürücüsü sağını buraxmalıdır. Ona görə ilk olaraq minik avtomobili keçəcək.

B) Xüsusi svetoforun siqnalı avtobusa istənilən istiqamətdə hərəkət etmək icazəsi verir. Minik avtomobili ilə yolları kəsişərsə, avtomobil avtobusa yol verməlidir.

C) Minik avtomobili əlavə seksiyada döndüyünə görə avtobusa yol verməlidir.

D) Xüsusi svetoforun siqnalı avtobusa hərəkəti qadağan edir. Ona görə minik avtomobili birinci keçəcək.

 

Bizim qarşımızda nizamlanan yolayrıcıdır. Ona görə bütün nəqliyyat vasitələri svetoforun siqnallarını əsas götürməlidirlər. 

Bizim situasiyada sürücüləri çaşdıran məsələ xüsusi ayrılmış zolaqdakı "T" şəkilli svetofordur. Bir çoxları düşünür ki, bu svetofor yalnız tramvaylara aiddir. Amma elə deyil. "T" şəkilli svetofor həmçinin ümumiistifadədə olan marşrutlara da aiddir. Bu svetoforun alt işığı yuxarıdakı hər hansı bir işıqla bərabər yandıqda hərəkətə icazə var. Sol işıq sola, orta işıq düzünə, sağ işıq sağa hərəkət etməyə icazə verir.

Yuxarıdakı hər 3 işıq yanarsa, bu hərəkətin qadağan edilməsi deməkdir. Bu situasiyada hər 3 işıq yandığına görə, avtobusa yol vermək zərurəti yoxdur. Minik avtomobili yolayrıcını birinci keçəcək.