GERİYƏ
Avtofayda 1601

Sola necə dönməli?


Bir çoxlarınız avtomobil idarə edəndə yəqin ki, sola dönmüsünüz. lakin bir çoxları sola düzgün dönə bilmirlər. Biz Facebook səhifəmizdə bu barədə sual yerləşdirmişik. İndi isə həmin sualın düzgün cavabını izah edirik.

cümə, 07 sentyabr 2018

Tutaq ki, sizin qarşınızda yol ayrıcıdır. Və siz oradan sola dönmək istəyirsiniz. Qarşıdakı avtomobilin sürücüsü də eyni manevri etmək istəyir. Necə dönəcəksiniz ? Qaydalarda bu haqda nə deyilib? Hansı variant yol hərəkəti iştirakçıları üçün daha təhlükəsiz olacaq? İzah edirik.

İlk olaraq Facebook səhifəmizdəki sualı nəzərinizə çatdıraq.

 

Sola dönmə necə olmalıdır ?

A) Sola dönmə zamanı sürücülər sarı trayektoriya (2) ilə hərəkət etməlidirlər.

B) Sola dönmə zamanı sürücülər qırmızı trayektoriya (1) ilə hərəkət etməlidirlər.

C) Qaydalarda bu cür manevr nəzərdə tutulmadığına görə, sürücülər öz aralarında razılığa gəlməlidirlər.

D) Bu vəziyyətdə kim yol ayrıcına ilk olaraq daxil olursa, o, hərəkət trayektoriyasını müəyyən edir.

 

Əslində qanunda yolayrıcından eyni anda qarşı-qarşıya sola dönərkən hansı trayektoriya ilə dönməlisən qeyd edilməyib. Amma qaydalarda dönərkən əks hərəkət zolağına çıxmamaqla bağlı göstəriş var.

O ki, qaldı təhlükəsizliyə, bu zaman diqqət etməl məqamlar var. Bizdə sağtərəfli hərəkət olduğuna görə sol tərəflə dönmək daha təhlükəsizdir. Sola sol tərəfdən dönəndə daha çox baxış bucağı alırıq. Qırmızı taryektoriya ilə döndüyümüz zaman, baxış bucağımız dardır və həmçinin qarşı yolla (C və D avtomobilləri) dönmüş oluruq. Amma sarı trayektoriya ilə dönmüş olsaq, yolayrıcında daha çox ləngimə olacaq. Qırmızı trayektoriyalı dönmə daha cəld manevr etmək imkanı yaradır. Bütün bunlar vizual və məntiqə əsaslanan məsələlərdir. Çünki qanunda bu cür manevr əks edilməyib. Əgər yerdə hərəkət zolaqları olsaydı, biz mütləq həmin zolaqlarla hərəkət etməliydik. İndiki vəziyyətdə isə sürücülər öz aralarında razılığa gəlməlidirlər.