GERİYƏ
Avtofayda 3381

Xarici sürücülük vəsiqələri dəyişdirilməlidir ?


Mənə verilən sualardan biri də xarici sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlıdır. Xaricdə verilmiş sürücülük vəsiqəsini Azərbaycanda dəyişdirmək məcburiyyəti varmı ?

bazar ertəsi, 10 sentyabr 2018

Son vaxtlara qədər Azərbaycan ərazisində xarici ölkələrdən verilmiş vəsiqə ilə avtomobil idarə etmək problemi yox idi. Düzdür, arada bir saxlayıb: "1 ildən sonra dəyişməlisən" - iradı bildirilirdi, lakin belə bir problem çox yaşanmırdı. Sonra isə qanunu dəyişdirdilər. Sözün doğrusu, qanunu yarımçıq dəyişdirdilər. Qanun belə oldu:

YHQ 35-ci maddəyə sürücülük vəsiqəsinin dəyişdirilməsi səbəblərindən biri kimi bir maddə əlavə etdilər -  yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması;

Yəni, 1 aydan artıq burada qalırsansa vəsiqənin dəyişmə səbəbi yaranır. Amma mütləqdirmi ? Bəlkə mən turistəm 90 günlük gəlmişəm? 90 günə görə vəsiqə dəyişməliyəm ? Suallar çoxdur. Çalışacam qanunla izah verim.

Əlavə edim ki, xarici ölkədən alınmış vəsiqəni dəyişmək üçüm başqa bir maddə də mövcuddur - 8) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.

Bu xarici ölkə vətəndaşları üçün vəsiqənin dəyişməsi üçün səbəblərdir. azərbaycan vətəndaşları isə ölkəyə daxil olduqları vaxtdan 1 ay sonra vəsiqəni dəyişməlidirlər. Bir qanun tədbiq edilən zaman onun pozulmasına görə cərimə olmalıdır. Amma bizdə YHQ 35-ci maddəni pozmağa görə cərimə nəzərdə tutulmayıb. Bizdə sürücülük hüququnun olmadığı zaman avtomobil idarə edilməsinə qadağa var.

Bəs 1 ay müddət bitdikdə sürücülük hüququ qüvvədən düşürmü? Xeyr. Çünki, bu hüququ bizim dyp verməyib. Bəs, Azərbaycan vətəndaşı 2 aylıq gəlir və 2 aydan sonra yenidən xaricə gedirsə, o zaman nə olur. Qannunla baxanda qanunu pozur, amma ona qarşı hər hansı bir sanksiya olmur. Sürücülük hüququ isə yenə də qalır və buna görə cərimə yoxdur. Amma qanun deyir dəyiş. Üstəgəl, qanun özü də yarımçıqdır. Kimə ve hansı münasibətdə tədbiq edildiyi naməlumdur. Adam sürücülük vəsiqəsini Ukraynada alıb. Azərbaycanda yaşayanda vəsiqəni dəyişmir. Bəli,qanunu pozur amma cəzası yoxdur. Məncə köhnə qanun ən idealı idi. Müddəti bitməmiş vəsiqələr Azərbaycan respublikası ərazisində qüvvədədir. Artıq sən müvəqqəti qeydiyyatdasansa və ya işləyirsənsə, o zaman yerli vəsiqəyə dəyiş. Köhnə və aydın yazılmış  qanunu yarımçıq bir qanuna niyə dəyişdilər anlamıram.