GERİYƏ
Avtofayda 733

Nizamlayıcı nəyə işarə edir?


Sürücülərimiz arasında kiçik bir sorğu keçirdikdə aydın olur ki, bir çoxları nizamlayıcının siqnallarını qarışıq salırlar. Bir tərəfdən sadədir, bir tərəfdən isə nizamlayıcı peyda olan kimi hamı çaşıb qalır.

bazar ertəsi, 10 sentyabr 2018

Beləliklə, siz yolayrıcına yaxınlaşırsınız. Bu yolayrıcında svetofor və ya niıanlarla nizamlanır. Və bu zaman görürsünüz ki, mərkəzdə nizamlayıcı dayanıb. Və onun verdiyi işarə çoxdan verdiyiniz imtahanın sualına bənzəyir.

Bizim vəziyyətimizdə yol ayrıcına eyni zamanda 4 avtomobil yaxınlaşır. Onların hər biri sağa dönəcək. İşarə və nişanlanmalar yoxdur. Nizamlayıcı bir işarə verir. Sual belədir :

Sürücülərdən hansı nizamlayıcının bu işarəsində hərəkət edə bilər?

A) Bütün avtomobillər dönmə edə bilər

B) "A" və "B" avtomobilləri hərəkəti davam etdirə bilərlər.

C) "D" avtomobili yalnız düzünə hərəkət edə bilər. Digərləri dönə bilərlər.

D) Yalnız "B" avtomobili dönə bilər. Digərlərinə hərəkət qadağandır.

E) Yalnız "B" və "C" avtomobilləri dönə bilərlər.

F) Yalnız "A" avtomobili dönə bilər. Çünki işarənin istiqamətində hərəkət edir.

 

Facebook səhifəmizdə verdiyimiz bu suala çox az adam doğru cavab verib. İndi isə izah edirəm.

Nizamlayıcının siqnalları haqqında YHQ 58-ci maddəsində izah edilib. Nizamlayıcının siqnallarının sayı elə də çox deyil. Lakin , sürücülərin bir çoxu çaş-baş qalırlar. 

Bizim vəziyyətimizdə nizamlayıcı sağ əlini irəli uzadarq dayanıb. Ona görə, sağa dönməyə nizamlayıcının sol tərəfindən gələn sürücülərə icazə verilir. Həmçinin, nizamlayıcının sinə tərəfindən gələn sürücülər də sağa dönə bilərlər. Amma nizamlayıcının sağından və arxasından gələn sürücülərə isə hərəkət qadağandır.  

 

Beləliklə, "B" və "C" avtomobilləri hərəkəti davam etdirə bilərlər.