GERİYƏ
Avtofayda 3235

Xəttləməni rəngləsək cəza varmı?


Azərbaycanda sürücülərin öz həyətlərinə rahat dönməsi üçün bir neçə yerdə qoşa xətti (1.3) rənglədiyinin şahidi olmuşuq. Bu hərəkətin cəzası varmı?

bazar ertəsi, 17 sentyabr 2018

Yol nişanlama xəttlərini müvafiq orqanlar icazə ilə və baş verən qəza statistikası, avtomobil axınını hesablayaraq çəkirlər. Adi sürücülər bunu bilmir və qoşa xəttin uzunluğu onlarda narazılıq yaradır. Bəziləri xəttin tələbinə əməl edir, bəziləri isə qaydanı pozurlar. Daha "yaradıcı" sürücülər isə gecə vaxtı əllərində rəng öz həyətlərinə "yol açırlar". Adətən bu sola dönmə manevri ilə bağlı olan xəttləmədir.

Bəli, bu xəttləməni görən sürücülər yolu döndükdə cərimələnə bilməzlər. Onlar gözlə müəyyən edirlər ki, xəttləmə artıq əvvəlki kimi deyol və dönürlər. Xəttin vəziyyətinə digər sürücülər cavabdeh deyillər. DYP əməkdaşları isə öz növbəsində bu dönmələrdən sui-istifadə edib cərimə yazmalı deyil. Amma orada qadağanedici və ya məcburedici nişan olarsa bu zaman nişanın tələbinin pozulması dərhal tədbiq ediləcək. Lakin xəttin vəziyyətinə müvafiq dövlət orqanı birbaşa cavabdehlik daşıyır.

İndi isə keçək cəzalara. Əgər bu rəngləməni vəzifəli şəxs və ya hüquqi şəxs edibsə :

Maddə 349. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin edilməməsi

Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə görə-

vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Fiziki şəxslərə isə:

350.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə-

fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.

 

Əgər bu xətti çəkənin ucbatından qəza baş verərsə və dəymiş ziyan çox olarsa, o zaman sizi hətta cinayət işi belə gözləyə bilər. Ona görə xəttlərə müdaxilə etməzdən öncə düşünün.