GERİYƏ
Avtofayda 1567

Yol kimindir? Biliyini yoxla.


Yol hərəkəti ilə bağlı olan suallarımızı davam etdiririk. Bu dəfə də sizə maraqlı bir situasiyanı təqdim edirik.

bazar ertəsi, 17 sentyabr 2018

Qarşınızda yolayrıcıdır. Siz qırmızı rəngli minik avtomobilindəsiniz. Siz düz gedəcəksiniz. Qarşıdan baş yolla sayrışan işıqlı və çoxavazlı səsi olan inkasator gəlir. Hərəkət üstünlüyü kimdədir?

 

 

A) İnkassator - səssiqnalı və sayrışan işığı qoşan istənilən avtomobilə yol verməliyik.

B) İnkassator - baş yolla hərəkət edir.

C) Minik avtomobili - o düz gedəcək, inkassator sola dönür.

D) inkassator - operativ nəqliyyat vasitəsidir.

 

İlk olaraq qanunda operativ nəqliyyat vasitəsi nədir ona baxaq.

20) operativ nəqliyyat vasitələri — yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir;

Beləliklə, yolayrıcında qarşımızda operativ nəqliyyat vasitəsidir. Bəs operativ nəqliyyat vasitəsi nə zaman üstünlük qazanır ?

 

Maddə 74. Xüsusi siqnalların tətbiqi

I. Üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bu Qanunun tələblərindən kənara çıxara bilər. Üstün keçid hüquqi olan operativ nəqliyyat vasitələrinin xüsusi səs siqnalı və sayrışan işıq siqnalı olmalıdır.

II. Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər.

 

Yolayrıcında svetofor işlədiyinə görə, bura nizamlanan yolayrıcıdır. Üstünlük nişanları qüvvədə deyil. Deməli, bura eyni hüquqlu yolayrıcıdır. İnkassator sayrışan işığı yandırıb amma çoxavazlı səs siqnalını qoşmayıb. demək, üstünlük hüququna malik deyil. Bu zaman sola döndüyünə görə, sağdan gələn qırmızı rəngli minik avtomobilinə yol verməlidir. Düzgün cavab C bəndidir.