GERİYƏ
Avtofayda 2587

Eyni hüquqlu yolda geriyədönmə zamanı üstünlük kimdədir ?


Bu məqalədə eynihüquqlu yollarda geriyə dönmə zamanı üstünülk hüququndan bəhs edəcəyik. Yolayrıcında geriyə dönərkən hansı nəqliyyat vasitəsinə yol vermək lazımdır ?

çərşənbə axşamı, 18 sentyabr 2018

Gəlin, ilk olaraq yolayrıcı nədir onu aydınlaşdıraq.

yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir;

Çox çətinə getməyək. Bura eynihüuqulu yolayrıcıdır. Bu YHQ 77-ci maddəsi ilə nizamlanır:

Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir.

Bu manevr zamanı göy rəngli avtomobilin sürücüsü yolyrıcına artıq daxil olub. Bəzən isə belə bir fikir var ki, sağ əl prinsipi yolayrıcının girişlərində əhəmiyyət daşıyır. Və əgər sürücü ilk olaraq yolayrıcına daxil olubsa, o , artıq sağını gözləməli deyil. Yaşamağa hüququ olan versiyadır, amma düz deyil.

Yolayrıcında indiki situasiyada trayektoriyalar kəsişir. Və bu kəsişmə ağ rəngli avtomobilə maneə törədə bilər.

Bəli, göy rəngli avtomobil ilk olaraq yolayrıcına daxil olub. Qanun isə yolayrıcının girişlərinə və çıxışlarına aid deyil. Qanun bütün yolayrıcına aiddir. Ona görə, üstünlük ağ rəngli avtomobildədir.