GERİYƏ
Avtofayda 1230

Bu yol ayrıcında yol kimindir?


Mürəkkəb situasiyalara uyğun suallarımızı davam etdiririk. Qarşımızda hər iki tərəfdə "baş yol" nişanı olan yolayrıcıdır. Burada yol kimindir?

çərşənbə axşamı, 18 sentyabr 2018

İlk olaraq onu deyim ki, bu sual əslində başqa bir məqələmizdə yazdığımız situasiyyaya uyğundur. Həmin məqalə ilə buradan tanış ola bilərsiniz. 

Bəzən Bakıda hər iki tərəfə "Baş yol" , "Yol ver" və ya "STOP" nişanının quraşdırıldığını görürük. Şəkildə də belə bir yolayrıcıdır. 

Burada hərəkət üstünlüyü kimdədir ?

 

A) "A" avtomobili - dairəvi hərəkət üstünlüyə malikdir.

B) "A" avtomobili  sol zolaq, "B" avtomobili sağ zolağı seçir. Sonra isə "A" avtomobili "B" avtomobilinə yol verir.

C) "B" avtomobili -  sağ tərəfdən gəldiyinə görə

D) Öz aralarında razılaşmalıdırlar.

 

İndi isə izah edirik.  Bu sualda sizi ən çox yanıldan yaşıl rəngdə olan dairədir. Bir az dairəvi hərəkətə bənzəyir. Amma dairəvi hərəkət təşkil edilmiş yolayrıcı deyil. Çünki dairəvi yolayrıcı təşkil edilmiş yolayrıcı "Dairəvi hərəkət (4.3)" nişanı ilə işarələnməlidir. Bura nizamlanmayan yolayrıcıdır. İki tərəfdə "Baş yol" nişanı, bir tərəfdə isə "Yol ver" nişanı var. Hamı burada vəziyyəti qarışdırır.

Amma qaydalara uyğun olaraq hər iki baş yolda olan sürücü eynihüquqlu yolun iştirakçısı hesab edilir. Və bu zaman YHQ 77-ci maddəni yadımıza salırıq.

Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. 

Ona görə, "B" avtomobili sağ tərəfdən hərəkət etdiyi üçün üstünlük hüququna malikdir. "A" avtomobili ona yol verməlidir.