GERİYƏ
Avtofayda 1454

Hansı trayektoriya ilə dönməyə icazə verilir ?


Yol hərəkəti haqqında olan biliklərimizi yeniləmək və imtahan suallarının incələmək mövzusunu davam etdiririk. Bu sual sadəcə diqqət tələb edir.

bazar ertəsi, 24 sentyabr 2018

Siz yol kəsişməsindəsiniz və geriyədönmə edəcəksiniz. Hansı trayektoriya ilə dönməyə icazə var ?

 

A) B 

B) Hər biri ilə 

C) A 

 

Gəlin, qaydalar baxaq. Göstərilən hərəkət trakyektoriyası haqqında YHQ 42-ci maddədə bəhs edilir. Burada hərəkətə başlama və manevr qaydalarından danışılır.

VII. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin.

Əgər biz B trayektoriyası ilə dönəriksə, o zaman sol tərəfdən gələn nəqliyyat vasitəsinin qarşısına çıxmış oluruq. Bu isə qaydalarla qadağandır. Bu sualda doğru cavab C bəndidir. Sadəcə diqqətli olmaq lazımdır.