GERİYƏ
Avtofayda 1900

İkili ötmə. Nələr qadağandır ?


Əks istiqamətə çıxmaq ən təhlükəli manevrlərdən biridir. Ona görə YHQ-da onun haqqında ətraflı yazılıb. İXM-də isə buna görə sərt cəzalar mövcuddur.

çərşənbə axşamı, 25 sentyabr 2018

İlk olaraq gəlin terminlərdən başlayaq. Artıq bir neçə ildir ki, YHQ-da "ötmə" zolağını dəyişməklə bir və ya bir  neçə nəqliyyat vasitəsini üstələməyə deyilir. "Üstələmə" termini isə qanunla izah edilmir. Məntiqlə isə, əgər zolağı dəyişmədən başqa avtomobilin yanından ötüb keçirsənsə, bu üstələmə hesab edilə bilər. 

İkili ötməni isə səhvən bir neçə nəqliyyat vasitəsinin ard-arda ötmə etməsi hesab edirlər. Lakin, bu belə deyil. Bu qanunla qadağan deyil. Əsas odur ki, qanunla nəzərdə tutulmuş formada ötmə edəsən. Məsələn: qarşıdan gələnə mane olmayasan. Ötmə qadağan edilən yerdə ötməyə getməyəsən və s. Bir sözlə, bir neçə nəqliyyat vasitəsini ötmək olar. Burada sayda qadağa yoxdur. 

Əslində isə, ikili ötmə, artıq ötmə əməliyyatı edən avtomobili ötməyə başlamaqdır. Nəzərə alsaq ki, bu qarşı yolda baş verir, bu, verilmiş ən düşüncəsiz qərarıdır. 

İXM-də iki ötmə ilə bağlı cəza yoxdur. Çox heyf. Gərək ola. Məsələn, Rusiya Federasiyasında buna görə sürücünü 6 aylıq sürücülük hüququndan məhrum edirlər. Bizdə isə bu İXM 327.2 -ci maddə ilə 60 manat və 3 cərimə balı "qazanmaqla" cərimələnilir. Bu manevr çox təhlükəlidir və cəzası daha ağər olmalıdır.