GERİYƏ
Avtofayda 1312

Hansı istiqamətdə hərəkətə icazə verilir?


Mübahisəli suallar mövzularını davam etdiririk. Bu dəfə zolaqlar üzrə hərəkət və yolun hərəkət hissəsində yerləşmə qaydalarına uyğun situasiyanı izah edəcəyik

cümə axşamı, 27 sentyabr 2018

Situasiya belədir Siz sağ zolaqdasınız və qarşınızdakı svetoforun əlavə seksiyası sola dönməni əmr edir. 

Sual: Burada sizə hansı istiqamətdə hərəkət etmək icazə verilir ?

 

A) Yalnız sola

B) Düz və sola

C) Sola və geriyə

 

İndi isə izah edək. Svetoforun yanan əlavə seksiyası, 5.8.2 "zolaqlarla hərəkət istiqaməti" nişanı və 1.18 zolaqlar üzrə hərəkət nişanlanması sizə sağ zolaqdan yalnız sola dönməyə icazə verir.  Svetoforun qırmızı işığı düzünə hərəkəti qadağan edir və geriyə dönmək qadağandır. Çünki geriyə dönmə yalnız sol kənar zolaqla həyata keçirilə bilər. Sağa dönmə istənilən halda qadağandır. Doğru cavab "A" bəndidir.