GERİYƏ
Avtofayda 1317

Paris avtosərgisinin 10 ən yeni avtomobili.


AvtoStop layihəsinin müəllifi və aparcısı bu dəqiqələrdə Parisdədir. 2-4 oktyabr tarixlərində Parisdə 120 illiyini qeyd edəcək möhtəşəm şoudan yenilikləri sizinlə bölüşmək üçün oradadır. Şounun başlamsına saatlar qalmış bu il təqdim ediləcək yeniliklərlə tanış olun.

bazar ertəsi, 01 oktyabr 2018

BMW Z4.

Bundan öncəki "Z" versiya uzunömrülüyü ilə seçildi. Konveyredə nə az, nə çox 9 il işıq üzü gördü. Z4-ün 3-cü versiyası fotolardan göründüyü qədər iridir. Sadəcə təkər bazası kiçilib. Sərt və qatlanan damı, yumşaq və yüngül dam əvəz edib. Platforma təbii ki, arxaçəkicidir. Z4 iki variantda təklif edilir: 4 silindrli (197 a.g və ya 258 a.g) və ya 6 silindrli 340 a.g. Top-versiya saatda yüz km-i 4.5 saniyəyə yığa bilər. Maksimal sürət isə 250 km saatla məhdudlaşdırılıb.

Əgər əvvəllər Proceed-lər 3 qapılı hetçbek kimi təqdim edilirdisə, indi idma nuniversalı shhoting brake adlanır. Avtomobilin uzunluğu 4605 mm, eni 1800 mm, hündürlüyü 1422 mm-dir. Baqaj həcmi 595 lt. Proceed ya 17-lik, ya da 18 düymluq təkər ilə təchiz ediləcək. Asqı klirensi aşağı salınaraq 135 mm təşkil edir. Artıq atmosfer mühərrikıri olmayacaq. Kia yalnız turbo mühərriklərlə yola çıxacaq. Bunılar : 1.0 (120 a.g), 1.4 (140 a.g) və dizel 1.6 (136 a.g)

 

Mercedes-Benz A Class

A Class sedan. "Mercedeslilər" uzun müddət bu barədə düşünüblər. Amma bu il qərara gəldilər ki, A Class-ın sedan kuzalısı istehsal edilməlidir. Avtomobil böyük deyil. Onun uzunluğu 4458 mm təşkil edir. texniki olaraq hetçbeki təkrarlayır. Şassi və mühərrik eynidir. Bu yenilik ilin sonuna satışa çıxacaq. Azərbaycanda 4 qapılı A-Class dəbdə olacaqmı ? Bunu zaman göstərər.

 

Mercedes-Benz GLE.

GLE öncəki sələfi ilə xarici görünüşcə eynilik təşkil edir. Amma bu Ştutqartlılara aerodinamik müqaviməti 0.32-dən 0.29-a salmağa mane olmayıb. Konstruktiv olaraq irəliyə doöru addımlamış bir avtomobildir. Mercedes pnevmo asqıdan savayı, unikal aktiv hidropnevmatik asqı da təklif edir. Bu asqı sistemi qarşınıza çıxan maneədən asılı olaraq kuzanı düz ox istiqamətinə gətirə bilir. Bu opsiyanı rəqiblərdən heç kim təklif edə bilmir. İlk vaxtdan yeni GLE 3.0 motor, 367 a.g ilə təklif ediləcək.

 

Renault Kadjar.

Bizdə satışda olmayan amma Avropda dörd gözlə gözlənilən bir təqdimat. Kadjar Nissan Qashqai ilə eyni platformaya malikdir. Təqdim ediləcək Kadjar-da korrektə edilmiş işıq sistemi, radioator barmaqlığı, yenilənmiş salon, Apple CarPlay və Android Auto-nu dəstəkləyən yeni multimedia əsas yeniliklər olacaq. Mühərrik  olaraq yenilik yeni 1.3 litrlik turbo mühərrikdir. bu mühərrik ya 130 , ya da 160 a.g ilə təqdim ediləcək. 

 

Seat Tarraco.

Seat Tarraco ispan markasının flaqman modeli hesab ediləcək. Bununla da Seat-ın SUV siyahısı bununla hələlik bitəcək. Bpyük olçüdə bu SUV Skoda Kodiaq və  VW Tiguan Allspace-nin eynisidir. Amma uzunluqda daha böyükdür: 4735 mm,  4691 и 4701 mm-ə qarşı. Əlavə ödənişlə 3-cü sırası olan Tarraco əldə etmək mümkündür. Həmçinin tam pütürcülü versiyas üçün də əlavə ödəniş etmək lazım olacaq. Baza versiyasında aparıcı təkərlər ön təkərlərdir. Kapot altında 4 versiya mühərrik var : iki benzin (150 və 190 a.g), iki dizel (150 və 190 a.g) 

 

Skoda Kodiaq RS.

Çox təəsüf tələbatdan dolayı belə avtomobillər Bakıya gəlmir. Eyni tipli avtomobillərin olması cansıxıcıdır. Çex istehsalçısı idman üslublu avtomobillərini yalnız sedanları üçün edərdi. "İdmançı" krossoverlərin hazırlanmasına isə bir o qədər də maraq göstərmirdilər. Daha sonra qərara aldılar ki, benzin deyil, dizel mühərriki ilə çalışan, 2 litr biturbo 4-lükdə 240 a.g Kodiaq RS hazırlasınlar. Dinamikası barəsində çexlər hələ ki, susurlar.  Bu yay Kodiaq RS Nürburqirinq trekini 9 dəq 29.84 saniyəyə fəth edib. Bu 7 nəfərlik SUv-lər arasında rekord göstəricidir.

 

VinFast.

Sərginin əsas marağı konspeptual avtomobillər arasında Vyetnam şirkətinin üzərində olacaq. Asiyalılar 2 prototip göstərəcəklər: sedan və krossover. Avtomobilin dizaynını Pininfarina şirkəti hazırlayıb. Deyilənə görə, avtomobil  BMW 5-ci seriya və  öncəki illərin  BMW X5-nin əsasında hazırlanıb. Nə qədər öncəki illərdir bilinmir. Avtomobil Bayern-dən olacaq bu dəqiqdir. 178 a.g və 230 a.g bəyan edilib. Bu mühərriklərlə paralel 8 pilləli avtomat sürətlər qutusu çalışacaq. Avtomobillərin seriya buraxılışı gələn il üçün planlaşdırılıb.