GERİYƏ
Avtofayda 1098

Sürücü sağı nə zaman buraxmalıdır ?


Yol hərəkəti ilə bağlı suallarımızı və izahları davam etdiririk. Bu dəfə hərəkət zolağını dəyişən sürücü haqqında sual veriləcək.

bazar ertəsi, 01 oktyabr 2018

Sual belədir :

Boz rəngli avtomobil hansı variantda sağda olan göy avtomobilə yol verməlidir ?

A) Sol şəkil

B) Sağ şəkil

C) Hər ikisində.

 

Bu şəkildə zolağı dəyişməkdən söhbət gedir. Qaydalara əsasən sürücü zolağını dəyişməzdən öncə, eyni istiqamətdə gələn avtomobillərə yol verməlidir. Eyni zamanda yerdəyişmə baş verirsə, bu zaman sağ zolaqda olan avtomobil üstünlük hüququna malikdir. Burada doğru cavab "C" bəndidir.