
Taksi sürücüsü burada dayana bilərmi?
İmtahanlarda düşən, şəhərimizdə əməl edilməyən bir situasiya haqqında sual vermək istəyirik. Bu sualın cavabını çox yerdə izah etməyiblər.
çərşənbə, 10 oktyabr 2018
2630
Maraqlı sualların cavablarını izah etməkdə davam edirik. Bu dəfə sual geriyə dönmə barəsində olacaq.
çərşənbə axşamı, 02 oktyabr 2018
Sual belədir: Buradan geriyə dönmək olarmı?
A) Olar
B) Olmaz
C) Yaxınlıqda qatar yoxdursa, olar.
İndi isə qanunla izah edək. YHQ 42-ci maddədə haradan geriyə dönmək qadağandır qeyd edilib.
1) piyada keçidlərində;
2) tunellərdə;
3) körpülərdə, estakadalarda və onların altında;
4) dəmiryol keçidlərində;
5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə;
6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə.
Geriyə dönmə yeri dəmiryol keçidi olmadığına görə, doğru cavab "A" bəndidir.
Tural Yusifov